Caz lüğəti

Blüz (bu sözün Amerikada işlədilən "to feel blue" - "qəmli olmaq" və ya ingiliscə "blue devils" - "melanxoliya" sözlərindən yaranması ehtimal edilir; "blue" həm də "mavi" deməkdir) - zənci musiqi mədəniyyətinin ən yüksək nailiyyətlərindən biri, afro-amerika mənşəli musiqinin ənənəvi canrı. Afrika mənbələri ilə sıx bağlıdır. Cənubi, mərəkəzi və Şimali Amerika zəncilərinin xalq musiqisində blüzin çox saylı canr növləri təmsil edilmişdir. Tədqiqatçıların fikrincə blüz zəncilərin bir sıra folklor vokal canrları əsasında inkişaf etmişdir. Bu canrlar arasında ən əhəmiyyətliləri uork - sonq, xoller, zənci balladası və spiriçuelz canrlarıdır. Blüzün parlaq və təkrarsız siması onun intonasiya qurluşunun, ladının, melodika, harmoniya və formasının və xarakterik xüsusiyyətlərində təzahür edir. Blüz ənənəsi əsas caz stillərinin demək olar ki, hamısında təmsil edilmişdir. XX əsrin aparıcı akademik bəstəkarları (o cümlədən Ravel, Miyo, Gerşvin, Kopllend, Oneqer, Martinu və başqaları) öz yaradıcılıqlarında blüz ənənələrinə müraciət etmiş, müasir populyar musiqinin və rəqs musiqisinin bir sıra forma və canrları onun təsiri altında yaranmışdır.

Blüz forması - blüz kupletini qurmağın xarakterik tipi çox vaxt blüz forması dedikdə 12 taktlı klassik AAB sual-cavab strukturu nəzərdə tutulur. Bu halda A sualı iki dəfə təkrarlanır və "üçüncü dəfə dəyişm" prinsipi əsasında bir dəfə B cavabı verilir. Bu struktur blüz üçün səciyyəvi sayılan və Avropa musiqisində analoqu olmayan D-S-T kadensiyası ilə seçilən müəyyən funksional - harmonik model (kvadrat) müvafiqdir. Dəfələrlə təkrarlanan "blüz kvadratı"-nın sabitliyi melodik improvizənin təşkiledici amilidir. Blüz formasının spesifikası başqa miqyaslı (8,10,16,20,24,32 taktlıq) tematik strukturlar çərçivəsində də təzahür edə bilər.

"Blüz tonları" - Oktavanın tonlara və yarım tonlara bölünməsi ilə fərqlənən Avropa praktikasında qəbul edilmiş qaydaya müvafiq gəlməyən ayrı - ayrı lad pillərəinin labil (qeyri sabit) intonasiya zonaları onlar həm caz üçün, həm də bütövlükdə zənci musiqisi üçün səciyyəvidir. Yedipilləli səs sırasında (heptatonika) çox vaxt şərti olaraq macorun üçüncü və yeddinci pillərinin aşağı variantları kimi qeyd edilən "blüz tersiyası" və "blüz septimi" üçüncü və yeddinci pillərədə yerləşir. Blüz tonlarının Avropalılar tərəfindən qeri-adekvat qəbul edilməsi zənci blüzünün kədərli, qüssəli musiqi olması barədə yanlış təsəvvür yaranmasına gətirib çıxarmışdır (Avropa noramları baxımından macor ladının üçüncü və yeddinci pillələrinin aşağı salınması macoru bir növ minorlaşdırır).

Bonqi - hindu mənşəli olmas güman edilən kiçik təbillərin latın Amerikasında geniş yayılmış bir növü. Adətən taxta sağanaq vasitəsi ilə birləşdirilmiş müxtəlif ölçülü iki bonqdan ibarət olan blokdan istifadə edilir. İkinci dünya müharibəsindən sonra bonqlar estrada - rəqs musiqisində geniş yayılmışdır. Cazda ondan epizodik şəkildə istifadə edilir.

Bop - 40-cı illərin əvvəllərində yaranmış caz stili o, "bibop", "bibap", "ribap", "mintons-still" adları ilə də məşhurdur. Bu adların axırıncısından başqa demək olar ki, hamısı səsin təqlid edilməsi mənşəlidir və sket - vokal praktikası ilə bağlıdır.
"mintons - still" termini Harlemdəki "Minton’s-playhouse" klubunun adından yaranmışdır. Bop musiqisinin əsasını qoyan ilk ifaçılar həmin klubda çıxış edirdilər. Svinqi əvəz etmiş bop zəncilərin kiçik caz ansambıllarının (kombo) yeni eksperimental bir istiqaməti kimi yaranmışdır. Bopu səciyyələndirən ən mühüm tendensiyalar köhnə hot-cazın modernləşdirilməsi, sərbəst solo inprovizəyə meyl, melodika, ritmika, harmoniya, vorma və digər ifadə vasitələri sahəsində novatorluqdur. Bop müasir cazın ilk sanballı stili hesab edilir.

Boper - bop üslubunda ifa edən musiqiçi.

Brass-bənd (ingiliscə brass - mis, latun, bənd - orkestr deməkdir) - arxayik caz dövrünə aid olan zənci nəfəs alətləri orkestrinin adlarından biri. Bəzən klassik cazda və müasir diksilend caz ansambıllarının adlarında bu terminə rast gəlmək olar. Əlavə bax: səyyar orkestr.

Breyk (ingiliscə ara, fasilə, tənəffüs deməkdir) - ansamblın ifasında fasilə yaradan qısa solo improvizəsi. Breyk caz pyesinin hər hansı bölməsini və ya solistin akkompane edilən improvizəli xorusuna girişi tamamlayıcı "cavab" kadensiyası (bax: sual - cavab prinsipi) rolunu yerinə yetirə bilər.

Brekdaun (breykdaun) (ingiliscə break-down qarmaqarışlıq, anlaşılmazlıq mənasında işlədilir) - zəncilərin çevik temperamentli xalq rəqsi XIX əsrin ortalarında menstral teatr sayəsində (bax: minstrel-şou) geniş yayılmışdır. O, tamaşanın axırında bütün iştirakçıların sərbəst kollektiv improvizəsi əsasında qurulmuş kütləvi rəqs səhnələrində istifadə edilirdi. XX əsrin ilk iki onilliyində Çikaqoda çox populyar olan, buqi-vuqiyə oxşar fortepiano stili də bu terminlə adlanırdı.

Buqi-vuqi (səsin təqlid edilməsi) - zəncilərin instrumental blüzünün ən ilk növlərindən biri (araxaik gitara blüzü, barrel-haus-blüz və başqaları ilə yanaşı), fortepiano blüz stili. Belə güman edirlər ki, buqi-vuqi blüz mahnılarının müşaiyəti zamanı istifadə edilən banco və gitarada ifa texnikası kimi Şimali Amerika zəncilərinin fortopiano musiqisi praktikasına tətbiq edilməsinin nəticəsidir. Buqi-vuqi stili XIX əsrin iknici yarısında ABŞ(-də yaranmış, XX ilk iki on illiyində haus - rend - pati sayəsində geniş yayılmışdır. Buqi-vuqinin klassik nümunələri 20-ci illərə aiddir. Svinq dövründə buqi-vuqi biq bendlərin repertuarına daxil oldu. Fortepiano buqi-vuqisinin səciyyəvi cəhətləri - blüz ənənələrinə əsaslanmaq, off-bit tipli metroritmika və brazirovkaların üstün təşkil etməsi, breyk və rifflərin çoxluğu, improvizə, texniki virtuozluq, akkompanementin "yolunu itirmiş bass" deyilən spesifik tipi və pianoçunun sol əli üçün partiyanın ritmikası (şaffll-ritm) kimi cizgilərdir. Caz buqi - vuqisinin bəzi xüsusmiyyətləri (12 taktlıq blüz kvadratı, motor ritmikası, sürətli ifa tempi, bass fiqurasiyalarının ostinat təkrarlanması) 30-cu illərdə kuommersiya əyləncə sənayesində yaradılmış, 1945-ci ildənə etibarən Avropada populyar olan eyni adlı eksentrik rəqsin atributlarına çevrilmişdir.