OYRAT RÜSTƏM-ZADƏ

Yəğin ki, Bakını bu ğün də caz şəhəri adlandırmaq olar. Axı bakılılar həmişə - hətta ən mürəkkəb siyasi və iqtisadi dəyişikliklər dövründə də caza sadiq qalmışlar. Bəlkə də belə vaxtlarda çoxlarını məhz bu sevği hissi bəladan qorumuş, onları çətinliklərdən xilas etmiş və onlardan ötrü mənəvi qida rolu oynamışdır. Buğünkü müsahibim Oyrat Paşa oğlu Rüstəmzadə də belə adamlardan hesab edilə bilər: zənğin daxili aləmə, yüksək intellektə, ğeniş dünya ğörüşünə malik olan bu insan həm də caz musiqisinin əsl pərəstişkarıdır.
Oyrat müəllim, Siz yaşlı nəslin nümayəndəsi olmaqla, ölkəmizdə cazın inkişafı barədə nə deyə bilərdiniz?
Azərbaycanda caz mədəniyyətinin inkişaf tarixinin çox dərin kökləri var. Məhz bizim milli musiqimizin zənğin mədəni irsi sayəsində, ötən əsrin 50-70-ci illərində Azərbaycan Dövlət Konservatoriyasında çalışan müəllim heyətinin yüksək peşəkarlıq səviyyəsi sayəsində Tofiq Quliyev, Vaqif Mustafazədə, Rafiq Babayev və diğər caz bəstəkarlarının və caz musiqiçilərinin peşəkar inkişafı üçün yaxşı baza yaranmışdı.
Bu musiqiçilərin hər biri caz sahəsində yüksək peşəkar erudisiyaya malik olduğları üçün ayrı-ayrı kollektivlər yaratmış, caza səmimi sevği hissi ilə yanaşan musiqiçiləri həmin kollektivlərə cəlb edə bilmişdi.
Bu gün Bakı Caz Mərkəzinin yaradılması, onun müasir avadanlığı, akustika vasitələri və səsgücləndirən aparatları, sanballı maddi-texniki bazası istər gənc, istərsə də yaşlı nəslə mənsub olan caz kollektivlərinin və ifaçıların işini bir yerdə cəmləşdirməyə, caz musiqisi həvəskarlarının auditoriasını yaratmağa imkan vermişdir.
Mənə məlumdur ki, Siz imkanınız daxilində Azərbaycanda caz ənənələrinin bərpa edilməsi ilə bağlı tədbirləri tez-tez dəstəkləyirsiniz. Belə tədbirlərdən biri də "Caspian Cazz and Blues" festivalı olmuşdur...
Təəssüf ki, "American Voices"in Avropa bölməsinin iştirakı ilə Bakıda "Caspian Cazz and Blues" adı ilə keçirilmiş bütün əvvəlki caz festivalları Bakının caz auditoriasının estetik inkişafı üçün, caz musiqisi həvəskarlarının zövğlərinin təmin edilməsi üçün heç bir səmərə verməmişdir. Əvvələn, həmin tədbirlərə dəvət edilən musiqiçilərin ("Break dance" və başqaları) peşəkar səviyyəsi aşağı idi. Bu mənada yalnız 2003-cü ildə "Caspian Cazz & Blues" festivalında öz məharətini göstərmiş böyük sənətkar Tutts Tilemans müstəsna sayılmalıdır. İkincisi, bizim dinləyici auditoriyası üçün ən xoşagəlməz məqamlardan biri də ondan ibarət idi ki, həmin festivallarda bizim cazmenlərin iştirakı məhdud olmuşdur. Ğörünür, bu cür qondarma "caz festivalları"nın təşkilatçılarının başqa "məqsədləri" olmuşdur.
Bu il Siz Beynəlxalq "Bakı Caz - 2005" Festivalının Təşkilat Komitəsinin üzvü olmuş və festivalın təşkilində fəal iştirak etmişsiniz. Siz bu Festivalın yekunlarından nə dərəcədə razı qaldınız?

Oyrat Rüstəmzadə

Beynəlxalq "Bakı Caz - 2005" Festivalının məqsəd və vəzifələri əvvəlki festivallarda olduğundan tamamilə fərqlənirdi. Bu festivala dünyanın 11 ölkəsindən - Amerika, Hollandiya, Rusiya, Gürcüstan, Hindistan, Avstriya, Şotlandiya, Fransa, İngiltərə, Türkiyə və Almaniyadan 12 müxtəlif caz kollektivi dəvət edilmişdi. İştirakçıların bu qədər ğeniş coğrafiyaya malik olması faktının özü çox şeydən xəbər verir. Dünya cazının ən müasir istiqamətlərinin təmsil edildiyi bu tədbirdə Azərbaycanın caz həvəskarları auditoriası bu qədər ğeniş spektri əks etdirən caz musiqisi ifaçıları ilə tanış olmaq imkanı əldə etmişdi. Co Zavinulun və "Sindikat" qrupunun bu festivalda iştirak etməsi həmin tədbirin proqramına xüsusi bir kolorit və dinamik səslənmə bəxş etdi. Dünyanın müxtəlif ölkələrindən bu festivala musiqiçilər dəvət edilməsi Caz Mərkəzinin tamaşıçılarla dolu zalında ən yüksək peşəkar səviyyədə birğə cem-seşnlər keçirməyə imkan verdi.
Oyrat Rüstəmzadə

Burada caz ustaları öz istedadlarını və məharətlərini nümayiş etdirərək dinləyici auditoriyasını məftun etmişdir. Yakov Okunun kvarteti (Moskva), Rain Sultanov, Şahin Növrəsli (Azərbaycan), Uday Mazumdar (Hindistan), Saşa Maşin (Rusiya), Elison Miller və Natan Pekin (ABŞ) klassik ifasında səslənən musiqi əsərləri, Salman Qəmbərovun tamamilə qeyri-adi bir ustalıqla ifa edilmiş layihəsi, Tofiq Cabbarovun cem-seşndə "Sindikat" qrupu ilə çıxışı şəxsən mənim qəlbimdə gözəl təəsüratlar yaratdı.
Bütün sponsorların, o cümlədən Acərbaycan Mədəniyyət Nazirliyinin fəal dəstəyi və köməyi, Acərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlunun festivalın işində iştirak etməsi bir həftə davam etmiş bu caz bayramını ən yüksək səviyyədə keçirməyə imkan verdi. Mən cazın pərəstişkarlarından biri olmaqla, öz dostum və cazın böyük həvəskarı, bu gün Azərbaycanda cazın inkişafı üçün həqiqətən çox işlər görmüş Nuru Əhmədova, Bakı Musiqi Akademiyısının rektoru, Azərbaycanda cazın inkişafı və reanimasiyası üçün əsl fədakarlıq göstərmiş, bu işə çox kömək etmiş Fərhad Bədəlbəyliyə, "Bakı Caz - 2005" layihəsinin həyata keçirilməsi üçün əlindən ğələni əsirgəməmiş, çox böyük işlər görmüş Caz Mərkəzinin kollektivinə səmimi təşəkkürümü və minnətdarlığıımı bildirirəm. Hesab edirəm ki, respublikamızda cazın bütün əvvəlki inkişaf tarixində indiyə gədər heç vaxt Azərbaycanda bu cür möhtəşəm festival keçirilməmişdir.
Festival dövründə Siz özünüzü təkcə bacarıqlı təşkilatçı kimi deyil, həm də caz musiqisinin əsl pərəstişkarı kimi göstərdiniz. Mən fikir vermişdim: Siz praktiki olaraq bütün konsertlərdə və bütün cem-seşnlərdə iştirak etdiniz və hətta, bu tədbirlərin birində öz vokal imkanlarınızı nümayiş etdirməklə oradakıların hamısını sözün yaxşı mənasında heyrətləndirdiniz.
Məndən ötrü caz - həyati zərurətdir, öz xarakterimi, öz fəlsəfəmi ifadə etmək vasitəsidir. Bəzən insan ruhunun vəziyyəti lirik duyğular, sentiment, bəzən də ekspressiya və dinamizm tələb edir. Belə vaxtlarda caz musiqisi ilə ünsiyyətdə olmaq insanın köməyinə gəlir, insan daxilən çox böyük məmnunluq hiss etməyə başlayır. Buna görə də caz həvəskarları ilə ünsiyyətdə olarkan mənim gəlbim və düşüncələrim sərbəstləşir, özümü dostlarımın əhatəsində hiss edirəm. Belə vaxtlarda gəlbimdə baş qaldıran musiqi improvizələrini oxumaqdan həzz alıram. Vaqif Sadıqov və Arzu Hüseynovun iştirakı ilə keçirilən cem-seşnlərin birində də məndən ötrü belə bir vəziyyət yaranmışdı. Hər şey uğurlu oldu və mən belə bir heyətdə iştirak etməyi özüm üçün bayram kimi qəbul etdim. İnanın ki, həmin axşam keçirdiyim hisslər ömrümün axırınadək yadımdan çıxmayacaq.
İstər-istəməz belə bir sual yaranır: heç bir hazırlıq aparılmadan, məşq etmədən səhnədə caz ustaları ilə birğə çıxış etmək və özünü ğülünc vəziyyətə salmamaq olarmı? Cavab verirəm: olar! Ona görə ki, mən cazı sevirəm, hər gün böyük musiqiçiləri və onların əsərlərini dinləyirəm. Bu mənada mən xoşbəxtəm ki, caz həmişə mənimlədir və mən onu hər yerdə, hər dəqiqə hiss edirəm.
"Bakı Caz - 2005" Beynəlxalq Festivalının əhəmiyyəti nədən ibarət oldu və gələcəkdə bu cür tədbirlərin keçirilməsi bizə nə dərəcədə lazımdır?
Bu festival Bakının caz həvəskarları auditoriyasını birləşdirdi, yüksək peşəkar səviyyəli musiqiçilərin ifasında müasir caz musiqisinin nə demək olduğunu başa düşməyə imkan verdi. Bu festival gələcəkdə Azərbaycanda hər il caz festivalları keçirilməsi üçün baza yaratmış oldu. Caz musiqisi ifa edən gənclərin - Anar Yusifovun, "Bəri bax" qrupunun, Ayselin və bir sıra başqalarının cəlb edildiyi bu tədbir göstərdi ki, azərbaycanlı caz musiqiçilərinin (Rain Sultanov, Salman Gəmbərov, "Bəri bax" və başqalarının) peşəkar səviyyəsi yüksəlmişdir. Bu festival Bakı Musiqi Akademiyası bazasında Bakıda caz sənətinin tədris ediləcəyi məktəb yaradılması üçün ilkin şərait olduğunu göstərdi.