ŞAHİN NÖVRƏSLİ

Sənət alovu

Şahin Növrəsli ilə musahibəmiz bizi "Jazz dünyası" jurnalının köhnə buraxılışlarına muraciət edib Azərbaycanın caz musiqiçilərinə Cahangir Səlimxanov tərəfindən verilmiş xarakterizəni nəzərdən keçirməyə sövq etdi:
"Daxilən sənət atəşi ilə yanan belə insanlar öz ideyalarına hər zaman sadiqdirlər və öz təxəyyüllərinə sərbəstlik verirlər."

Şahin Növrəsli

Torpağının dərin qatlarında yerləşən neft və qaz kimi varlı nemətlərdən qaynaqlanan ölkəyə uyğun bir obraz kimi Növrəslinin Yanar dağın oduna bənzər yaradıcı çılğınlığı heç bir məhdudiyyət və məcburiyyət qəbul etmir. O, danışarkən siz onun ideyalarının əks-sədasını sanki öz ətrafınızda eşidir və bu əks-sədanın pianonun klaviaturasına can atdığını duyursunuz. Onun ifası da yaradıcılığı kimi gərginliklə doludur.
"Əlində sazın qurbanı"nın ifası zamanı göstərdiyi ustalıq və yerində edilən pauza sizi qeyri-ixtiyarı yerinizdən qalxmağa və nəfəsinizi dərmədən bu ifaya qulaq asmağa vadar edir. Onun zahiri görünüşü və ifa tərzindəki əminlik bizim onu birinci dəfə gördüyümüzdən nəzərə çarpacaq dərəcədə artıb. Bu onunla izah olunur ki, əvvəlki festivallardan birinin konsertində onun ifası insanlara sanki öz yerlərindən durub rəqs etməyə vadar edirdi. Onun bu müddət ərzində ərsəyə gəlmiş hər iki albomu, "J’z Mu" (iyun 2004) və "Live in Moscow" (fevral 2005) elə zaldaca lentə alınmışdır (birinci - Bakı caz mərkəzində keçirilən xatirə gecəsində) və həmin anda zal da öz növbəsində onun musiqisinə biganə qalmamışdır ki, məhz elə buna da Şahin daima can atmışdır.

Şahin Növrəsli

28 yaşı olmasına baxmayaraq, Şahin Növrəsli başqasının ömrünün yarısınadək nail ola bilmədiyi bilik və təcrübəyə malik olmuş və bu da onun ifasında öz əksini tapmışdır. Paradoksal görünsə də bu nailiyyətlər onu geriyə - klassik musiqiyə qaytarmışdır. Öz ölkəsinin bir sıra caz ustaları kimi, Şahin də klassik musiqini öyrənməyə başlamış, sonra isə Vaqif Mustafazadənin lent yazılarından ilhamlanmış və özünü musiqi aləmində daha yaxşı ifadə etmək üçün caz janrına bir tərz kimi müraciət etmişdir. Cazda musiqi qaydalarına riayət olunmasına baxmayaraq, o, daha sərbəst forma və improvizələrə yol verirdi. Özunu ifadə etmək tələbatını nəzərə alsaq, caz yeganə məntiqli yol idi ki, Növrəsli onunla yanaşı bizim milli musiqimizə - muğamatımıza yiyələnməli idi və o bunu tar çalan qardaşı Arslandan öyrənməyə başladı.

Şahin Növrəsli

Kütlə qarşısındaki cıxışlarından müəyyən təcrubə qazanan Növrəsli yenidən klassik musiqiyə üz tutmuş, özünün etiraf etdiyi kimi, bir musiqicitək təkmilləşməsində ona dəstək verən və onu həvəsləndirən Bülbül adına musiqi məktəbində dərs deyən müəllimi Gülya Namazovaya müraciət etmişdir.
Musiqini dinləyən hər bir kəs onu özünəməxsus bir tərzdə hiss edir, (əvvəllər) mən düşünürdüm ki, insanlar Baxa sadəcə qulaq asırlar, amma (indi) anlayıram ki, onlar nə isə özlərinə məxsus bir şey eşitmək istəyirlər. Mən Bax və Mosartı ifa edərək dinləyicilərin qəlbinə yol tapmağa, və onlarda mənim ifamda caz musiqisini dinlədikləri an göstərdikləri reaksiyaya nail olmaq istəyirəm.
O hesab edir ki, musiqi təhsilində müvəffəqiyyət əldə edib:

Şahin Növrəsli

"Mənim klassik musiqiyə qayıtmağım vacibdir. Mən özümdən soruşuram ki, nə ücün bəstəkar məhz bu akkordu yazıb, başqasını yox; bunu başa düşəndə mən onu ifa edə bilirəm - ancaq bu zaman mən buna daha böyük qüvvə sərf edirəm."
Növrəslinin klassik musiqi bəstəkarlarına - xüsusən Bax və Mosarta məhəbbəti - burada improvizə olmayacaq. O, bu musiqini yazıldığı qaydada, kompozisiyanın və ona qulaq asanların özləri kimi yüksək səviyyədə ifa edəcək. Gələcəkdə o iki hissəli consert təşkil etmək niyyətindədir: birinci hissə klassik musiqiyə, ikinci hissə isə caz musiqisinə həsr olunacaq.
Şahin Növrəsli

Beləliklə, yaxın üç - dörd ay ərzində o öz fikrini klassik musiqi uzərində cəmləşdirəcək, sonra isə caza qayıdacaq və gələn il keciriləcək Bakı caz-festivalına hazırlaşacaq. Bakıdakı consertdən sonra Avropa üzrə turne planlaşdırılıb və ötən ilki turnedə olduğu kimi, bu dəfə də Azevrotelin baş direktoru Nuru Əhmədovun dəstəyi əvəzsizdir, və bu dəstək Şahinə yaradıcılıq üfüqlərini genişləndirməkdə böyük imkanlar yaradır.
Rusiya, Türkiyə və Italiyadakı çıxışlarından sonra, o tez bir zamanda müxtəlif auditoriyalarla ünsiyyət təcrübəsinə yiyələnmişdir. Bundan əlavə o, bu il yenidən ABŞ-ın Minneapolis şəhərində (Hot Summer Jazz Festival) hər il keçirilən caz musiqisi festivalına dəvət edilmişdi. Zalda əyləşən həmvətənlərilə birgə amerikalıların muğama göstərdikləri maraq bu festivalda onu daha da həvəsləndirmişdir. Bu festivaldan sonra ona Nyu-York-da çıxış etmək kimi gözəl imkan yaranmış, oktyabrda isə o, Antaliyada fortepiano festivalında (The Antalya Piano Festival) sevimli grupu ilə birgə, Natan Pek (bas gitara) və Elisson Miller (zərb alətləri), çıxış etmişdir.

Şahin Növrəsli

Natan Pek keçən il Kelli Consonun kvarteti ilə Bakıya gələn zaman, Şahin bu amerikalı ilə tanış olmuşdu. Cem-seyşnın improvizəsi zamanı muğama göstərilən maraq və Pekin onu başa düşməsi sayəsində tez bir zamanda onların arasında professional dostluq əlaqələri yarandı və bu əlaqələr "Live in Moscow" albomunda öz əksini tapdı. Dinləyicilərin qeyd etdiyi kimi, bu pianocu elə çalır ki, sanki zalda heç kim yoxdur. Adi çıxışlar ondan başlanır ki, o, musiqiyə qapanır və fikrini cəmləşdirir, çalmağa hazırlaşan vaxt ona tamaşaçı əlaqəsi lazım deyil, o sadəcə öz hisslərinin, musiqi duyumunun köməyi ilə çalır. Bununla o, həmyaşıdı - bas gitaraçı tərəfindən musiqiyə instinktiv reaksiya verir. Bu il , Bakı caz festivalında Rain Sultanovun proyektinə əsasən böyük bir qruplar cıxış edərkən Növrəsli və digər musiqiçilər birgə yeni heyət yaratdılar. Bu maraqlı proyekt yaxın aylarda orijinal alboma çevrilməyi vəd edir və bu tanınmış solisti koməkçi və tabeolan rolların ifaçısı kimi görmək və eşitmək çox maraqlı olardı. Bu Şahin üçün o deməkdir ki, hər bir musiqiçi özunə aid hissənin işini görür:

Şahin Növrəsli

"Mən sadəcə onun nə istədiyini hiss etməyə çalışıram, sonra isə özüm ifa edirəm, ifa zamanı mən hər zaman özümü lider hiss edirəm: bu mənəm, mənim musiqimdir, mən bunu musiqi naminə edirəm."
Indiki caz nəslinin liderini görmək kimə nəsib olubsa, o adamlar Şahin Növrəslinin öz qüdrətli potensialının necə realizə edilməsinin də şahidi olublar. Onun klassik musiqiyə qayıtmağının səbəbi yaxşı amillərə xidmət edir:
"Mən nə isə tapmalı idim, mən sadəcə ifa edə bilmərəm, mən həmişə nə isə daha çox şey istəyirəm, mən inkişaf etmək istəyirəm, hərdənbir isə sadəcə bir qədər çox düşünmək lazımdır."
Onun artmaqda olan sənət, maraq və biliyinin etirafı qarşısında o, tələsmir, "başlıcası həmişə hazır olmaq" lazım olduğunu deyir.

Şahin Növrəsli

Odlar yurdu öz var-dövlətini yeni dövrün inkişafına verdiyi kimi, artistlərin yeni nəsli də öz incəsənət maraqlarını dərk edirlər. Pianoçu Şahin Növrəsli hər kəsdən dərin qazan və sənət alovu ilə hamıdan gur yananlardan biridir.