BOBO STENSONUN TRİOSU

Bobo Stenson deyir: "Mənim ifam daha sadə və dəqiq olmuşdur. İndi daha qətiyyətli olmuşam və istədiyimi daha asanlıqla deyə bilirəm". Bu pianoçunun ifa üslubunda sıçrayış baş verəndə onun sənət karyerası yenicə başlamışdı .1988-ci ildən bəri Çarlz Lloyd və Tomas Stankonun kvartetlərinin daimi iştirakçısı olan Bobo Stenson, eyni zamanda saysız-hesabsız şəxsi layihələrini həyata keçirmişdir. Bu layihələrdə onun triosu ən mühüm tərkib hissələrindən biri olmuşdur və indi də belədir.
Lakin Bobo Stensonun əsas diqqətini həmin layihələr üzərində cəmləşdirməsi heç də o demək deyildir ki, o, öz lirik mahiyyətindən uzaqlaşmışdır. Bu yalnız onu göstərirdi ki, musiqiçi həmin lirik mahiyyəti ifadə etmək üçün daha qısa yol tapmışdır. Təəccüblü deyildir ki, o, Sten Qetz, Don Çerri və Yan Qarbarek kimi istedadlı ifaçıları əməkdaşlığa cəlb etmişdir. Bu gün Bobo Stenson bir neçə qrupla işləyir.
Bobo Stenson

O deyir: "Beləliklə sən, necə deyərlər, köhnəpərəstliyə, mühafizəkarlığa qapılmırsan və yeni şirkətdə inkişaf edirsən. Əsas məsələ ondan ibarətdir ki, müxtəlif musiqiçilərlə işləmək çox maraqlıdır". Stenson bu gün də klassiklərin əsərlərini ifa edir. İ.S. Baxın əsərləri Stensonun əbədi ilham mənbəyidir. Buna görə də onun ifa texnikası həmişə yüksək səviyyədə qalır.