SHAY MAOZ & RONI TIROSH

İlk dəfə "Rimon" Ali caz və müasir musiqi məktəbində görüşmüş Şey və Roni bir neçə qrupda birgə çalışmışlar. Maraqlıdır ki, bu duet məxsusi olaraq "Baku İnternational Jazz Festival" üçün yaradılmışdır. Burada Şey və Roni bir sıra orijinal kompozisiyalarla yanaşı, həm də yəhudi musiqisi əsasında bir neçə caz interpretasiyası ifa edəcəklər. Onların ifa etdiyi musiqinin kökləri caz, blüz və yəhudu musiqisinə gedib çıxır.

Shay Maoz

2005-ci ildə "Rimon" məktəbinin lider caz kollektivi sayılan "Hot Jazz Ensemble"-nin heyətində çıxış edən Şey məşhur bas-gitaraçı Ceff Berlinlə birgə Təl-Əvivdə də konsertlər vermişdir.
Roni Tirosh

Bu gün "Fourword Quarted", "Ilan Salem Quarted" , "Hagit Goldberg Band", "Roi Oliel Sextet" qrupları ilə birgə çıxış edən Şey saksofonçu Tevet Sela ilə də fəal əməkdaşlıq edir.

Amerikalı korifey sənətçilərdən Debora Braun və Nensi Kinq ilə əməkdaşlıq etmiş Roni Eylatda keçirilən Qırmızı dəniz Caz Festivalında saksofonçu Eli Deqibri (İsrail) ilə birlikdə iştirak etmişdir. Hazırda o, Təl-Əvivdəki İlanot Musiqi Mərkəzinin meneceri, musiqi müəllimi və orkestr rəhbəridir.