KLEMENT HACIBƏYLİNİN TRİOSU

Klement Hacibəyli 1951-ci ildə Parisdə anadan olmuşdur. O, fortepiano çalmağı hələ dörd yaşında ikən nənəsi Madelin Düparkdan öyrənmişdir. 1970-1983-cü illərdə o, müxtəlif caz, blüz və rok qrupları ilə birlikdə bütün Avropada çıxış etmişdir. Los-Ancelesdə o, caz və fyucen canrlarının ustadları sayılan Cef Lorber, Rey Pizzi, Freddi Reyvl, Brus Konte, Den Siql və Rikkardo Silveyra kimi sənətçilərlə işləmişdir.
2000-ci ildə Fransaya qayıdan Klement Hacıbəyli orada "Rumba Mama" adlı caz triosu yaratmış. Bu trioya Emmanuel Lusi (fortepiano) və onun oğlu Devid Braud daxildir.

Klement Hacıbəyli

Ceyhun bəy Hacıbəylinin (Üzeyir Hacıbəyovun qardaşı) nəvəsi olan Klement Hacıbəyli 2001-ci ilin noyabr ayında Dünya azərbaycanlılarının Konqresinə kimi dəvət edilmişdi. Burada o, Rain Sultanovla görüşmüş, Salman Qəmbərovla və Azərbaycanın bir sıra başqa məşhur musiqiçiləri ilə birgə çıxış etmişdir. Fransaya qayıdandan sonra o, öz triosunu Rain Sultanovun eyni adlı kompozisyasının şərəfinə "Gachagach" adlandırmağı qərara almışdır.
Klement Hacıbəyli

Bakı səfərindən çox güclü təəssürat almış sənətçi musiqidə yeni istiqamət seçməyi və əsas diqqətini caz-muğam janrı üzərində cəmləşdirməyi qərara almışdır. Son vaxtlar o, Vaqif Mustafazadənin və Rafiq Babayevin yaradıcılıq irsindən geniş istifadə etməyə başlamışdır.

Klement Hacıbəyli