VAQİF SADIXOV

Vaqif Sadıxov 1946-cı il iyunun 6-da Bakıda anadan olmuşdur. O, hələ Konservatoriyanın I kursunda oxuyarkən "Qaya" vokal qrupu ilə birgə çıxış edir və bu kollektivin heyətində Moskvada keçirilən müsabiqədə iştirak etmək üçün oraya getmişdir.

Sonradan o, özünün "Modern Jazz Music" adlı kvintetini yaratdı və milli motivlər əsasında özü musiqi bəstələməyə başladı. Onun Azərbaycan milli musiqisi əsasında yaratdığı "Nostalgiya" adlı əsər Moskvada 1988-ci ilin ən yaxşı əsəri hesab edilmiş, rus folklorundan istifadə etməklə yazdığı "Vanka, dur görək" əsəri isə amerikalı musiqiçilər tərəfindən Nyu-Yorkda lentə yazılmışdı. Sonradan V.Sadıxov artıq SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin simfonik orkestri ilə birlikdə çıxış etdiyi dövrdə onu V.Ponomaryovun rəhbərliyi ilə Amerika kvintetinin konsertlərində iştirak etməyə dəvət edirdilər. Vaqif Sadıxov həmin kvintetlə birlikdə Moskvada keçirilən Beynəlxalq Festifalda, sonra isə Nyu-Yorkun və Konnektikutun tamaşaçı ilə dolu salonlarında çıxış edirdi.
Vaqif Sadıxov

Sonralar R.Sadıxov amerikalı saksofonçu İqor Butmanın kvarteti ilə işləmişdir. Bu kollektivin Avropada, ABŞ-da və Avstraliyada verdiyi çoxsaylı konsert proqramları əsas etibarlə Vaqif Sadıxovun əsərlərindən ibarət olurdu.