BARBARA Lİ MEYERİN KVARTETİ

Edmontonda (Kanada) anadan olmuş Barbara uzun illər boyu müxtəlif caz ansamblları, qruplar və simfonik orkestrlərlə birlikdə Kanadada, Avropada, Skandinaviyada, Yaponiyada və Yaxın Şərqdə çıxış etmişdir.

Onun fəal iştirakı sayəsində yaradılmış "Alley Scatz" vokal-caz triosu sonrakı 7 ildə çox böyük uğurlar qazanmışdır. "Festival International de Jazz de Montreal", "Edmonton Jazz City Festival", "Expo-86", Kanadada və xarici ölkələrdə çoxsaylı turnelər, televiziya və radio çıxışları - bütün bunlar, necə deyərlər, aysberqin yalnız görünən hissəsidir. 1992-ci ildə Barbara "İlin ən yaxşı qadın səsi" nominasiyasında "Alberta Recording Industry Association Awards" şirkətinin mükafatına təqdim etmişdi.

Son dövrlərdə Edmonton Simfonik Orkestri, Baden-Baden Filarmoniyası, Yalta Krım orkestri, Suedvestfallen Filarmoniyası
Barbara Li Meyer

Baden-Baden Avropa Filarmoniyası ilə çıxış etmiş bu ifaçı, həm də özünün "Broadway and Beyond" albomundan seçmə mahnıları bir sıra orkestrlərlə ifa etmişdir. Barbara həm də qadınlardan ibarət "Ladies Night" adlı vokal caz-bendin yeni heyətində müğənni, pianoçu, arancimançı və musiqi recissoru kimi işləyir.