“AKKABBANNA” QRUPU

"AKKABBANNA" qrupu xalq musiqi ənənələri ilə caz improvizasiyası arasında əlaqələri araşdırır. Belə bir kollektiv yaratmaq ideyası iki musiqiçinin görüşü nəticəsində yaranmışdır. Onlardan biri - əslən Palermodan olan müğənni, caz və italiyan xalq musiqi ənənələrinin əlaqəsini əks etdirən ifaları ilə seçilən müğənni Oliviya Sellerio, digəri - genuyalı kontrabasçı, 30 illik musiqi təcrübəsinə malik olan, Oliviyanın gözəl poetik ifasını əla tamamlayan bənzərsiz aranyimanlar yaratmağa müvəffəq olmuş Pyetro Leveratto idi.

“AKKABBANNA” qrupu

Siciliya musiqi ənənələrinə çox maraqlı mövqedən yanaşan "AKKABBANNA"nın dinləyicilərə təqdim etdiyi musiqi bu qrupun yarandığı torpaqla sıx bağlıdır.
“AKKABBANNA” qrupu

Bu qrupun ifasında səslənən caz musiqisi müxtəlif çalğı alətlərinin səslərinin, melodiya və poeziyanın uzlaşması sayəsində yaranan qüvvənin nümayişinə çevrilir. Qədim mətnlərə müraciət edən bu qrup ilk mənbələrdən ilham alaraq çox orijinal bir ifaya nail olur.

Beləliklə, Siciliyanın musiqi tarixini qoruyub saxlayan "AKKABBANNA" bu adanın təcəssümünə çevrilmişdir.