MARİYA JOAO

Mariya Joao Monteyro Qrança 1956-ci ildə Lissabonda anadan olmuşdur. Əvvəlcə o, gimnaziyada üzgüçülük müəlliməsi işləyirdi. Həmin gimnaziya bağlananada dostu ona Lissabondakı Caz məktəbinin nəzdində fəaliyyət göstərən "Hot Club"a getməsini məsləhət gördü. Az sonra o, özünün qrupu ilə çıxış etməyə başladı və solo layihələr üzərində işə başlamazdan əvvəl Corc Palma ilə birgə plastinka yazdırdı.

Mariya Joao

1985-ci ildə Mariya Joao Kaskaisdə keçirilən Caz festivalında çıxış etdi, sonra isə özünün "Quinteto de Maria Joao" və "Cem Caminhos" adlı ilk albomlarını yazdırdı.

Mariya Joao
Mariya Joao

San-Sebastyanda keçirilən Caz festivalda birinci yeri tutan Mariya Joao həm də ilin ən yaxşı musiqiçisi hesab edilərək "Nova Gente" mükafatına layiq görülmüşdü. "Cal Viva" qrupu ilə birlikdə yazdırdığı "Sol" adlı albomda sənətçi cazla ənənəvi Portuqaliya musiqisinin sintezini yaratmışdır.

1998-ci ildə Mariya Joao və Mario Laginya Hindistana və Mozambikə (Mariya əslən oradandır) həsr edilmiş "Cor" adlı albom yazdırmışdır. 2000-ci ildə bu ifaçının "Chorinho Feliz" adlı növbəti albomu işıq üzü görmüşdü. 2001-ci ildə Maria Joao, Mario Laginya, Elxe Norbakken və Taninyo Ferraquti "Mumadji" adlı kvartet yaratdılar. Mozambik dilindən tərcümə ediləndə bu sözün mənası "Portuqaliya-Avropa" deməkdir.