HERBİ HENKOK

Herbi Henkok - sözün həqiqi mənasında müasir musiqinin rəmzi sayılmağa layiq sənətçidir. Gərgin axtarışlar sayəsində bütün janrların şərti sərhədlərindən kənara çıxmış Herbi Henkok, eyni zamanda özünün çox yaddaqalan, unikal səsini qoruyub saxlamışdır.

Herbi Henkok

Herbinin dinləyicilərin və tamaşaçıların musiqi təfəkkürü imkanlarının genişləndirilməsi sahəsində xidmətləri onun adını ötən əsrin ən böyük insanlarının siyahısına daxil etməyə əsas verir. Parlaq yaradıcılıq karyerası yarım əsrlik bir dövrü əhatə edən bu ifaçı hələ də tamaşaçıları təəccübləndirməkdə, bizim zəmanədə musiqinin, xüsusən cazın nə demək olması barədə tamaşaçıların təsəvvürünü genişləndirməkdə davam edir.
Herbi Henkok

Herbi Henkokun 1960-cı ildən başlanmış yaradıcılıq yolu akustik və elektron cazın, eləcə də R&B janrının inkişafının bütün mərhələlərindən keçmişdir. Kommersiya və sənət uğurları arasında balans yaratmağa nail olmuş bu musiqiçi indi öz karyerasında elə bil məqama yaxınlaşmışdır ki, o, sadəcə olaraq öz yaradıcılığının hüdudlarını genişləndirmək naminə hər hansı yeni layihə üzərində işə başlamağa tərəddüd etmir.
Herbi Henkokun əməkdaşlıq etdiyi sənətçilər və kollektivlər arasında Coni Mitçell, Stivi Uander, Ketlin Betl, Orfey Kamera Orkestri, Uayn Şorter, Çik Koria, Mayls Devis, Stinq və başqalarının adlaını çəkmək olar.