Tanya Mariya Bakıda
İyunun 1-də Bakıda, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Latın Amerikasının məşhur vokalçısı Tanya Mariyanın konserti olmuşdur. Bu konserti "Premier art management" firmasının baş direktoru Nəzakət xanım Qasımova təşkil etmişdir. Qeyd etmək lazımdır ki, Nəzakət xanım əvvəllər də respublika paytaxtında caz konsertləri təşkil etmiş və bu konsertlərin hamısı böyük uğurla keçmişdir.
Tanya Mariyanın yaşının heç də az olmamasına baxmayaraq o, kompozisiyaları kifayət qədər dinamik tərzdə və yüksək peşəkarlıqla ifa etmişdir. Bakılı caz vokalı həvəskarları bu konsertdən çox məmnun qalmışlar.

Conni B. Goode - Conni Conson vəfat etmişdir
Aprelin 13-də rok-n-rolun poineri pianoçu Conni Conson (Conni Conson) dünyasını dəyişmişdir. Onun 80 yaşı vardır. Musiqiçi öz yaradıcılıq həyatı ərzində Keyt Riçards, Erik Klepton, Con li Huker və Bo Didli kimi əfsanəvi sətkarlarla birğə çıxış etmişdir.

Mayın 20-də və 21-də Bakı Caz mərkəzinin və Şövkət Məmmədova adına Opera Studiyasının zallarında İngiltərə-Azərbaycan müştərək lahiyəsi üzrə konsertlər olmuşdur. Həmin lahiyədə truba çalan Kenni Vayler, təbilçi Pol Klarvis, saksofonçu Rain Sultanov, pianoçu Şahin Növrəsli və bas-gitaraçı Ruslan Hüseynov iştirak edirdi.
Opera Studiyasının zalında tamaşaçılar nisbətən az olsa da, Bakı Caz Mərkəzində, demək olar ki, bütün yerlər tutulmuşdu və caz həvəskarlarının çoxu bu konsertə ayaq üstə baxmağa məcbur idilər. K.Vaylerin trubada çaldığı melodiyaların cazibəsi və Rain Sultanovun saksofonunun qeyri-adi həzinliyi ilə seçilən sədaları daha bir unudulmaz caz axşamının bəzəyi oldu. Bu konsert yaxın vaxtlarda böyük uğurla keçmiş "Bakı Caz-2005" Festivalının bir növ davamı oldu. Bakıda bu növbəti caz forumunun təşkil edilməsinə görə "British Counsil"ə və Bakı Caz Mərkəzinə bir daha minnətdarlığımızı bildiririk.









"Ubiquity records" leyblində "Nostalgiya 77"nin yeni albomu buraxılmışdır
"Ubiquity records" leybli "Nostalgiya 77"nin "The Ğarden" adlı yeni albomunu buraxmışdır "Nostalgiya 77" qrup adı deyil. Bu, Ben Lemdin (Ben Lamdin) ad-soyadlı musiqiçinin təxəllüsüdür. Elektronikadan geniş istifadə edən bu sənətçi psixodelik rok atmosferində fank və xip-xop ritmlərini caz melodikası ilə uzlaşdırır.

Cimmi Smit vəfat etmişdir
Caz orqançalanı 76 yaşlı Cimmi Smit (Jimmy Smith) fevralın 8-də Arizona ştatının Finiks şəhərində, öz evində vəfat etmişdir.

Dünyada ən böyük caz foto kolleksiyası satılır
Jurnalist Frenk Driqqs caz müğənnilərin fotoşəkillərindən ibarət kolleksiyasını satışa qoymuşdur. 100.000 çox fotoşəkli (Mayls Devis, Çarli Parker, Frenk Sinatra, Lui Armstronq və başqaları) əhatə edən bu şəxsi kolleksiya dunyada bu qəbildən ən böyük kolleksiyadır. Ötən əsrin 50-ci illərinin ortalarından başlayaraq sənətçilərdən yüzlərlə müsahibə almış bu reportyor hazırda Amerika musiqisinin tarixi barədə kitab yazır. Kolleksiyanın ilkin qiyməti 1,5 milyon dollardır.

"Average White Band" qrupunun ən yaxşı mahnıları
Aprelin 19-da "Average White Band" fank-soul qrupu özünün "Greatest & Latest" adlı yeni albomunu buraxmışdır. Hazırda həmin qrupa vokalçı, basist və ğitaraçı Alan Qorri, vokalçı və ğitaraçı Onni Makİntair (Onnie Mc), vokalçı, ğitaraçı və klavişli alətlərdə çalan Klayd Cons (Klyde Jones), saksofonçu və klavişli alətlərdə çalan Fred Viqdor (Fred Vigdor) və zərb alətlərində çalan Brayn Dann (Brian Dunne) daxildir. Alboma bonus qismində 16 trek və ansambl iştirakçılardın alınmış müsahibələr yazılmış DVD daxildir.



Djanqo Reynhardtın ruhu Linkoln mərkəzində dolaşacaq
İyulun 27-də Linkoln mərkəzində Canqo Reynhardta həsr edilmiş "The Spirit of Djanqo Reinhardt" adlı qala- konsert kesiriləcəkdir. Bu konsertin əsas ulduzu əslən Fransada olan məşhur qaraçı ğitaraçısı Dorado Şmitt (Dorado Schmitt) olacaqdır. O, həm Reynhardtın musiqisin həm də öz əsərlərini ifa edəcəkdir. Dorado Şmitt səhnədə hazırda Parisdə yaşayan rumıniyalı skripkaçı Florin Nikolesku (Florin Nikolesku) ilə birlikdə çıxış edəcəkdir. Onlar məşhur Reynhardt - Qrappelli duetini "həyata qaytaracaqlar". Musiqiçiləri akkordeon çalan Lüdovik Beyyer və ritm-ğitaraçı Samson Şmitt müşayiət edəcəklər. Konsertin çox maraqla qarşılanacaq qonaqlarından biri də Yoşo Ştefanın (Joscho Stephan) alman triosu və Latıın Amerikası cazının ustası Pakito D’Rivera olacaqdır.

Keyt Carretin yeni albomu
Keyt Carretin ECM leyblində yazılmış iki hissədən ibarət "Radiance" adlı yeni konsert diski işıq üzü görmüşdür. Bu alboma sənətçinin 2002-ci ilin payızında Yaponiyada çıxışları zamanı yazılmış fortepiano improvizasiyaları daxildir. Disk 13 trektən ibarətdir. Buraya pianoçunun Osakada verdiyi bütün konsert, eləcədə Tokio səhnəsində improvizələrindən 4 fraqment daxil edilmişdir. Sənətçinin Tokiodakı çıxışının tam versiyası DVD şəklində buraxılacaq. Onun təqdimatı payız üçün nəzərdə tutulmuşdur.

Ceyn Ayra Blum "Artistshare" leyblində ilk diskini buraxacaq
Soprano-saksofonçu və bəstəkar Ceyn Ayra Blum (Jane Ira Bloom) özünün sayca 12-ci albomunu "Artistshare" leyblində buraxmışdır. "Like Silver, Like Sonq" adlanan bu alboma Blumun 12 orijinal komporzisiyası və Hammarsteyn-Rocersin "İ Have Dreamed" adlı klassik melodiyasının yeni versiyası daxil edilmişdir. Diskin yazılmasında basisit Mark Dresser (Mark Dresser), zərb alətlərində çalan Bobbi Previt (Bobby Previte) və klavişli alətlərdə çalan Ceymi Safta (Jamie Saft) iştirak etmişdir. Ceyn Ayra Blum caz sənətində elektronika vasitələrindən istifadə edilməsinin əsasının qoyanlardan biri hesab olunur.

Kassandra Uilson təzə albom yazdırır
49 yaşlı vokalçı Kassandra Uilson özünün yeni albomunu yazdırmağa başlamışdır. Bu albomun yazılmasında Keb Mo və Cim Keltner kimi tanınmış musiqiçilər iştirak edirlər.

Caz raritetləri auksionu: Çarli Parkerin saksofonundan başlamış Armstronqun məktublarına qədər hər şey satılır
Nyu-Yorkda bütünlüklə caz raritetlərinə həsr edilmiş auksion keçirilmişdir. Vaxtilə əfsanəvi caz musiqiçisi Çarli Parkerə məxsus olmuş saksofon 262 min ABŞ dolllarından bir qədər aşağı qiymətə satılmışdır. Əvvələr Lui Armstronqa (Louis Armstrong), Dizzi Ğillespiyə (Dizzy Gillespy) və Con Koltreynə (John Coltrane) məxsus olmuş bəzi əşyalar da özlərinə yeni sahiblər tapmışlar. Musiqi alətləri ilə yanaşı, cazla əlaqəsi olan başqa predmetlər də maraqla qarşılanmışdır. Məsələn, Lui Armstronqun öz ağentinə şəxsən yazdığı məktubun əlyazması (29.500 dollar), Koltreynin "A Love Supreme" mahnısının notları, Çarli Parkerin qızıl saatı (13.000 dollar) və s. Əvvəlki sahibində qalmış yeganə əşya Con Koltreynin saksofonu olmuşdur. Çox ehtimal ki, buna səbəb - saksofonun start qiymətinin həddən artıq yüksək (500.000 ABŞ dolları) olması idi.