AZƏRİ ETNO-CAZ ASTANADA

Beləliklə, sentyabrda Qazaxstanın paytaxtı Astanada "Astana Blüz" II Beynəlxalq Caz Musiqisi Festivali keçirildi. Azərbaycan caz musiqiçiləri də bu festivalda iştirak etmişdilər. Bu caz pianocu və bəstəkar Salman Qəmbərovun rəhbərlik etdiyi "Bakustik Caz" grupu idi. Çox qaynar mənbələrdən mənə həmyerlilərimizin çıxışlarının videoyazısına baxmaq nəsib olmuşdur - və düzünü deyim ki, həm dinləyicilərin münasibətini müşahidə etmək, həm də musiqiçilərin dəqiq və gözəl ifalarını dinləmək nə qədər xoş idi. Onu da qeyd etmək istəyirəm ki, bu festivalda iştirak etmək üçün Salman Qəmbərov estrada müğənnisi Sevda Ələkbərzadəni dəvət etmişdi: çünki təşkilatçılar vokalla etno-proyekt gətirməyi xahiş etmişdilər.



Mən uzun müddətdir ki, Salmanın yaradıcılığını izləyirəm - və deyə bilərəm ki, musiqiçilər tərəfindən ifa olunan əsərlərin əksəriyyəti hələ çoxdan onun repertuarına daxildir. Məsələn, "Sarı Gəlin" xalq mahnısının ən gözəl aranjimanı geniş dinləyici üçün birinci dəfə 2002 - ci ildə "Bakı Caz-Blüz" festivalında səslənmişdi. Həmin ildə Salman Qəmbərov Sevda Ələkbərzadə üçün məşhur "Əlvida" mahnısını aranjiman etmişdi - və elə o aranjimandan Astanadakı festivalda istifadə olunmuşdu; təkçə truba Cəmil Əmirovun sintezatoru ilə əvəz olunmuşdu. Bununla əlaqədar Salman Qəmbərov sizin müxbirə bunları dedi:



- Bu mənim vokalçılarla birinci layihəm deyil. Hələ 1999 - cu ildə Kölndə keçirilən etno-caz festivalında iştirak etmək üçün "Bakustik Caz" qrupu ilə birgə Aygün Bayramova getmişdi. Daha sonra Aygün Bəylər və opera mügənniləri Fidan və Xuraman Qasımova bacıları ilə hamıya yaxşı məlum olan proyektlər. Bunlardan əlavə keçən il hələ 2000-ci ildə Londonda yazılan "East Or West" adlı albom işıq üzü görmüşdü. O zaman "Bakustik Caz"ın heyətini hal-hazırda Isveçdə yaşayan Anar Tağızadə də daxil idi. Belə ki, Sevda Ələkbərzadə ilə olan proyekt muğənnilərin iştirakı olan proyektlərdən yalnız biridir. Və bir də xüsusilə qeyd etmək istərdim ki, muğənnilərlə iş birliyi olan proyektlərdə əsas məsələ ondan ibarətdir ki, onları caza "kökləmək" olmur. Buna gorə də onlar nəyi bacarırlarsa onu da ifa edirlər, eləcə də biz nə tələb olunursa onu ifa edirik.


- Siz bu tip yeni proyektlər planlaşdırırsınızmı?

- Bəli, belə planlar var. Hal-hazırda mən opera müğənnisi Fəridə Məmmədova ilə işə başlamışam. Bu proyektdə Şubertin, Malerin və Bramsın əsərləri səslənəcək. Bundan əlavə özünəməxsus çox maraqlı ifa tərzi və səs tembri olan Azərbaycanın Əməkdar Artisti Mehriban Zəki ilə işləməyi çox istəyirəm. Bu proyektlərin həyata keçməsi üçün ən çox tələb olunan-vaxtdır.



- Astanada kecirilən festival haqqında nə deyə bilərsiniz?

- Ancaq ən gözəl sözlər; festival çox yüksək səviyyədə təşkil olunmuşdu. Hər şeydən əvvəl, hər bir festival başqa musiqiçilərlə ünsiyyətdə olmaq, özünü göstərmək və başqalarını görmək imkanı yaradır. Bununla əlaqədar heç bir problem olmadı və biz hətta gələn il keciriləcək festivallardan birinə qabaqcadan dəvət aldıq.



- Mənə ancaq sizə və "Bakustik Caz" qrupuna yeni - yeni yaradıcılıq müvəffəqiyyətləri arzulamaq qalır.

by Rovshan Sananoglu