"Jazz dünyası" jurnalı "History of Jazz" seminarını keçirib

2006-cı il dekabrın 7-də "Jazz Dünyası" jurnalının redaksiya heyəti Personal Discoveries proqramı ilə birgə IIGPR təşkilatı tərəfindən hazırlanmış "Solar Ultra News" proyekti əsasında "History of Jazz" adlı seminar keçirmişdir ki, burada da cazın tarixi, onun estetik mahiyyəti, ictimai mənası, onun musiqi dilinin xüsusiyyətləri müzakirə olunmuşdur.

Jurnalın təhsil proqramının aspektlərindən birinin əsasını qoyan bu treyninqin məqsədi gəncləri caz musiqisinin yaranma tarixi ilə qısaca tanış etmək idi.

Azərbaycan caz musiqiçilərinin yaşlı nəslinin qoyduğu təməl gənc və yeni nəslə örnək ola biləcək qədər güclüdür. Bunun üçün təkçə özümüzün tanınmış caz bəstəkarlarımızın olması kifayət deyil, həm də xüsusilə, gənclər arasında geniş caz təbliğatı və onun haqqında biliklərin olması vacibdir. Əgər təbliğat işi aparılmasa caz musiqisi heç vaxt ümumxalq sərvətinə çevrilməyəcək. Elə bu səbəbdən də "Jazz Dünyası" jurnalı bu səpkidə işlərin aparılmasına başlamaqla nümunə olmağa çalışır. Seminarı Caz və kino mədəni-analitik sektorunun müdiri Tamerlan Şalbarov aparırdı.

Gələcəkdə aydınlaşdırıcı şərhlərlə müzakirələrin və caz konsertlərinin keçirilməsi planlaşdırılır.





Gasik Party

Yəqin ki, təcrübəli bakılı caz həvəskarlarının çoxu bir-sıra heyətlərdə çıxış etmiş, həvəskar musiqiçi kimi başlayaraq professional səviyəyə qədər qalxmış bas-qitaraçı Emil Həsənovu xatırlayırlar. Artıq keçən əsrin 90-cı illərində (vaxt necə də tez keçir!) Emil ABŞ-a getdi.
Beləliklə, uzun illərdən sonra Emil ona və bizim hamımıza doğma olan Bakını və dostlarını görməyə gəldi. Cəmi bir həftə - o nə qədər zəngin alındı! Dostlarla göruşlər, küçələrdə gəzintilər, klassik bakı yığıncaqları.... və Qasik Bakıda olduğu son gün musiqiçi həmkarları "Karvan" Caz Klubunda yığışdılar və ona öz emosiyalarına uyğun "Qasik və Dostları XX ildən sonra" adlı bir gecə həsr etdilər.
Gecəni isə caz musiqiçiləri arasında ən gənc olan - İsfar Sarabski açdı. Onunla birlikdə səhnəyə basçı Ruslan Hüseynov, zərbçi Gennadi Gasiyev və çox gənc saksafonçu Elçin Hüseynli də çıxdı. Kvartetlə ifa olunmuş bir neçə pyes ("Caravan", C Jam Blues, Chameleon daxil olmaqla) o biri çıxışlara bir təkan verdi.
Və beləliklə hər şey başladı. Onlardan sonra Rafiq Babayevlə çıxışlarda Emilin keçmiş həmkarı Cəmil Əmirov səhnəyə çıxdı və ona Bakı caz-rokunun pionerlərindən biri və eyni zamanda Qasiklə birgə işləmiş zərbçi Vaqif Əliyev qoşuldu. Onlara Emilin adaşı və alət üzrə kolleqası bas-gitaraçı Emil Həsənov qatıldı. Amma caz-rokun pionerlərindən biri olan keçmiş gitaraçı Hikmət Hacızadə bütün bunları zaldan izlədi....
Bir qədər sonra zalda iki keçmiş Caz Festivallarının əvəzolunmaz aparıcısı Rahib Azəri göründü və adəti üzrə səhnəyə çıxdı. Amma bu dəfə o gecəni aparmaq üçün deyil - Salman Qəmbərovu, Rain Sultanovu və Cəmil Əmirovu incəsənət sahəsində fəxri adlar almaları münasibətilə təbrik etmək üçün səhnədə idi....
Bütün bunlardan sonra səhnəyə Salman çıxdı və gecənin sonuna qədər səhnəni zəbt etdi (çıxışlar gecə saat 1-də qurtardı). O, öz çıxışını ölməz "Beatles"ın "Yesterday" və "Come Together" melodiyaları əsasında qurulmuş pyeslər ilə başladı. Əgər "Yesterday" onu formaya saldısa, "Come Together" yə o var qüvvəsini sərf etdi. Daha sonra isə Salmana vokalçı Ülviyyə Rəhimova qoşuldu....

Jazz Masters siyahısı genişlənir

Vaşinqtonda keçirilən Dyuk Ellinqton festivalında konsertlərin birində "National Endowment for the Arts" ("İncəsənətə milli töhfə") təşkilatının sədri Dana Cioyya 2007-ci ilin Jazz Masters (caz ustası) titulunun sahibləri olacaq yeddi nəfərin adını elan etmişdir. İncəsənətin Amerikada yaranmış bu formasının inkişafına ən böyük töhfələr vermiş, hazırda sağ olan caz musiqiçiləri üçün sözügedən təşkilat tərəfindən təsis edilmiş bu titul 1982-ci ildən bəri hər il təqdim edilir. Jazz Masters adı amerikalı cazmenlər üçün ən yüksək təltif hesab edilir. Bu adın təsis edildiyi vaxtdan keçən illər ərzində 87 nəfər həmin təltifə layiq görülmüşdür.
Biq-bendlərin bərpa olunmasına böyük töhvə vermiş Toşiko Akioşi (Toshiko Akiyoshi), müasir dövrdə hard-bopun gözəlliyini və improvizə qüvvəsini qoruyub saxlamış trombonçu Kertis Fuller (Curtis Fuller), öz yaradıcılığında cazın, hospel musiqisinin və Avropa klassikasının məziyyətlərini cəmləşdirmiş pianoçu Remzi Lyuis (Ramsey Lewis), balladalardan başlamış ritm-ənd-blüzə qədər ən geniş repertuarın gözəl ifaçısı müğənni Cimmi Skott (Jimmy Scott), cazda ən yaradıcı fleytaçılardan biri sayılan Frenk Uess (Frank Wess), eləcə də kompozisiya və aranjiman sahəsində işlərinə görə bu ada layiq görülmüş alt-saksofonçu Fil Vuds (Phil Woods) 2007-ci ilin laureatları olmuşdur. Bundan əlavə, caz tarixçisi, tədqiqatçı, Rutqers Universiteti nəzdində Caz Tədqiqatları İnstitutunun rəhbəri Den Morqenstern xüsusi mükafata layiq görülmüşdür. Yeni laureatlara mükafatlar Caz Təhsili Assosiasiyasının yanvarın 12-də keçiiləcək illik konfransında təqdim ediləcəkdir.

Milt Hintonun fotoşəkillərinin sərgisi

Noyabırn 12-dən 29-ək Memfisdəki Stax Museum muzeyində "Milt Hinton: All That Jazz-Behind the Scenes Photographs of 20th Century Jazz" adlı böyük fotosərgi keçiriləcəkdir. Buradakı eksponetların müəllifi Milt Hinton əla fotoqraf olmaqla bərabər caz fotoqrafiyası ustalarının çoxundan fərqli olaraq özü də yüksək səviyyəli cazmendir. Məsələn, 1959-cu ilin baharında Xinton Billi Holideyin axırıncı sessiyasının iştirakçısı olmuşdur. Hinton hansı səhnədə çıxış etməsindən asılı olmayaraq kamerasını həmişə özü ilə götürürdü. Bu insan böyük caz sənətçilərini həm səhnədə, həm də səhnə arxasında çox yaxşı tanıyır.
Hintonun kolleksiyası əlli işdən ibarətdir. Onların arasında Keb Kellouey, Ella Fitscerald, Dizzi Gillespi, Sara Voen, Luis Armstronq, Billi Holidey, Telonius Monk və başqa caz ulduzlarının portretləri var.



Stenli Klarkın xidmətləri qeyd edilmişdir

Oktyabrın 28-də Nyu-Yorkdakı Millennium Broadway Hotel otelində keçirilən təntənəli mərasimdə məşhur basistlər Markus Miller və Viktor Vuten (Flecktones) "Bass Player Magazine" jurnalının təsis etdiyi mükafatı Stenli Klarka təqdim etmişlər. Stenli Klark bu mükafata bütün həyatı boyu göstərdiyi xidmətlərinə görə layiq görülmüşdür.
Adlı-sanlı musiqiçi 70-ci illərin əvvəllərində caz səhnəsinə yol tapmışdır. Çik Korianın "Return to Forever" qrupu ilə birgə çıxışları sayəsində məşhurlaşmış Stenli Klark füjn musiqisinin pionerlərindən biri olmuşdur. O, həm akustik, həm də elektrik gitarada eyni dərəcədə sərbəst və inamla ifa edən ilk basist idi. O vaxtdan bəri Pola MakKartnidən başlamış Herbi Henkoka qədər çoxsaylı nəhəng sənətçilərlə əməkdaşlıq etmiş bu musiqiçi saysız-hesabsız mükafatlara, ö cümlədən "Qremmi" və "Emmi" mükafatlarına layiq görülmüşdür. "Playboy" jurnalının apardığı sorğunun nəticələrinə görə Klark dalbadal on il "İlin basisti", "Rolling Stone" jurnalının apardığı sorğunun nəticələrinə görə isə ilk dəfə "İlin cazmeni" adına layiq görülmüşdür. Doğma Filadelfiya ona bu şəhərin rəmzi açarını təqdim etmişdir. Stenli yeni mükafatı qəbul edərkən demişdir: "Mən çox həyəcanlıyam, bu mükafatın mənə təqdim edilməsindən mütəəssir olmuşam. Müasir musiqidə basistlərin çox güclü təsirə malik olmasını fərəhlə müşahidə edirəm. Mən bu sənətə gələndə liderləri basistlər olan albomlar yox dərəcəsində idi. Bu gün isə minlərlə belə albom var. Bizim çalğı aləti təkcə fon rolu oynamaqdan xeyli irəli getmiş və əsl mənada sərbəstləşmişdir. "Bass Player Magazine" ilə əməkdaşlıq etməyə başladığım ilk günlərdən bütün bunları müşahidə etmək mənə çox xoş idi və əməyimin bu qədər yüksək qiymətləndirilməsini özümə böyük şərəf hesab edirəm".

Tailandda Jazz Royale Festival

2006-cı il dekabrın 9-dan 17-ədək Tailandda keçirilən "Jazz Royale Festival" caz festivalı bu ölkədə caz tarixində ən əlamətdar hadisə olmuşdur. 2007-ci ildə Tailand kralı Pumipon Adulyadetinin anadan olmasının 80 illiyi qeyd ediləcəkdir. Sözügedən festival da kralın şərəfinə hazırlanan proqrama daxildir. Məlum olduğu kimi, caz musiqisi ilə ilk dəfə hələ ABŞ-da tələbə olduğu dövrdə tanış olmuş Əlahəzrət kral Pumipon Adulyadetin cazın böyük pərəstişkarı və bilicisi olmaqla bərabər, özü də caz musiqisi bəstələyir və ifa edir.
Festivalda ən yüksək səviyyəli yüzdən çox musiqiçi, o cümlədən Kenni Ci, MakKoy Tayner, Nensi Uilson, Kris Botti, Regina Karter və onun kvinteti, The Dizzy Gillespie All-Star Big Band kimi ulduzlar iştirak edirdi. Festivalın qonaqlarının çoxu öz çıxışlarının proqramına Tailand kralının əsərlərini daxil etmişdir. Dörd mərhələdən ibarət festival dekabrın 9-10-da Banqkokda start götürmüş, dekabrın 11-12-də kurort şəhəri Patayyada, dekabrın 14-15-də Çianq Mayda davam etmiş, dekabrın 16-17-də Puketdə başa çatmışdır.

Aziza Mustafazade Plays a Concert in Prague

As part of her recent European tour, Aziza Mustafazade took her new project, Opera-Jazz, to Prague. The Opera-Jazz concert programme consisted of her own compositions combined with well-known pieces like, 'Bolero', Maurice Ravel, 'Summertime', George Gershwin and others. The concert played to a full house in St Anne's church in the old city.
Aziza Mustafazade established an immediate rapport with the audience, and the magic held throughout the concert. The audience greedily took in every note that emerged from the hands of the majestic Aziza. The Opera-Jazz programme was graced by Aziza's singing; jazz-mugham motifs remain an irreplaceable ingredient of her playing.
At the end of the programme, Aziza sang one of her native land's favourite songs, 'Bana Bana Gel'. The audience was thrilled and could hardly be persuaded to leave. It was an unforgettable feast for all admirers of Aziza's work. The 'jazz princess' shares with us some more news - her personal website on the internet, www.azizamustafazadeh.de By the way, she announced that there is a surprise for visitors to her site - a page was recently added, dedicated to Elza khanim and Vagif Mustafazade. The site contains Vagif Mustafazade's compositions which can be downloaded.
Further, on her personal page, you may order her new album, 'Contrasts/2006'. She announced that she is already working on the second part of this album, which promises to be no less interesting and entertaining than the first part.

Anatoli Krollun Konserti

15 sentyabr, cümə günü, Azərbaycanda Rusiya ili çərçivəsində, Mahni Teatrında rusiyalı cazmenlərin növbəti çıxışı oldu - bu dəfə Bakıya özünün kiçik heyəti ilə Rusiya caz səhnəsinin banilərindən biri pianoçu və bəstəkar Anatoli Kroll gəlmişdi.
Onu da qeyd etmək lazımdır ki, Krollu Azərbaycanla çox sıx yaradıcılıq və dostluq əlaqələri bağlayır. Trubaçı Arzu Hüseynov öz karyerasını Krollun orkestrində başlayıb. Bundan əlavə müğənni Cavanşir Əliyev, hal-hazırda Moskvada yaşayan pianoçu Lətif Qocayev də Krolla birgə işləmişdilər. Onu da əlavə edim ki, Əzizə Mustafazadəni Polşada caz-vokal müsabiqəsində iştirak etmək üçün məhz Kroll göndərmişdi.
Bir sözlə, bizim qonağımızın xidmətlərinə həsəd aparmaq olar! Buna görə də həmin bürkülü axşam Mahnı Teatrına gələn çoxsaylı Bakı cazsevərləri uduzmadılar - belə yüksək səviyyəli musiqiçiyə qulaq asmaq adama çox tez-tez nəsib olmur! Ümumiyyətlə konsertin proqramı A.Krollun öz pyesləri əsasında qurulmuşdu - caz standartlarından ancaq Kosmanın "Payız yarpaqları" səsləndi. Kvartetin saksafonçusu Timur Nekrasov çox xoşa gəldi. Mən əminəm ki, bu musiqiçinin çox yaxşı gələcəyi var - buna görə də ümid edək ki, o bakılıların qarşısında hələ çox çıxış edəcək. Basçı Makar Novikov və zərbçi Aleksandr Zinger tərəfindən təqdim olunan ritmik seksiya ümumilikdə kolleqaların ifasından zəif idi. Axı həmişə hər şey bizim istədiyimiz kimi olmur - xüsusi ilə də səfər belə tələsik şəkildə qərara alındıqda. Beləliklə, bizə Mahnı Teatrında belə gözəl axşama görə Aleksandr Krolla ancaq təşəkkür etmək və bu səfərin onun Bakıya son səfəri olmayacağı ümüdini bildirmək qalır.