CAZ FESTİVALI MÖVZUSUNDA ALMANİYA SƏFİRİ İLƏ MÜSAHİBƏ

Cənab Səfir, məlum olduğu kimi, bu il Azərbaycanda Almaniya mədəniyyəti ili elan edilmişdir.

Bu, Azərbaycanda ilk dəfədir, yoxsa əvvəllər də belə tədbirlər keçirilmişdir?

2008-ci ildə çox uğurla keçən Almaniyada Azərbaycan Mədəniyyəti ilinə cavab tədbiri kimi bu il Almaniyanın Azərbaycandakı Səfirliyi Bakıda "Almaniya həftələri" təşkil edir. İlk dəfədir ki, Almaniya Səfirliyi Azərbyacanda "Almaniya ilə tanışlıq" mövzusunda bu qədər geniş tədbirlər həyata keçirir.
Azərbaycanda Almaniya mədəniyyəti ili kimin təşəbbüsü ilə keçirilir?

Biz bu Alamaniya həftələrini təşkil etməklə yüksək səviyyədə keçən 2008-ci il Almaniyada Azərbaycan Mədəniyyəti ili üçün təşəkkürümüzü ifadə edir və buna öz cavabımızı bildiririk. Bizə məlumdur ki, Siz caz musiqisini çox sevirsiniz və bu festival Sizin təşəbbüsünüzlə keçirilən caz konsertləri silsiləsinə daxil olan iri tədbirlərdən biridir.

İndiyə qədər olmuş konsertlərdən hansı Sizin yaddaşınızda xüsusi iz qoymuşdur?

Almaniyanın Azərbaycandakı Səfirliyi Peyer C.Stankina


Almaniyanın Azərbaycandakı Səfirliyi Peyer C.Stankina

Hələ Sovet İttifaqı dövründə Bakı caz paytaxtı idi. Odur ki, biz bu ənənəni davam etdirmək və burada bir qədər alman cazını təqdim etmək qərarına gəldik. Ötən müddət ərzində Almaniya Səfirliyi artıq bir neçə caz konserti təşkil etmişdir. Amma bunlardan hər hansını xüsusi vurğulamaq istəmirəm. Biz hesab edirik ki, onların hamısı çox uğurlu olub.
Azərbaycanda Almaniya mədəniyyəti ili çərçivəsində 3-günlük Caz festivalı keçirilir.

Bu festivalın Almaniya- Azərbaycan münasibətlərinin inkisafı üçün əhəmiyyəti nədən ibarətdir?

Ötən illərdə Bakıda müxtəlif caz festivalları keçirilib. Biz çox şadıq ki, bu dəfə ancaq alman cazına həsr olunan Alman Caz Festivalını buraya gətirmişik. Bu təkcə caz sevərlər üçn bir bayram deyil. Elə azərbaycanlı musiqiçilər də bu festivaldan bəhrələnəcəklər, belə ki, ayrı-ayrı alman caz qrupları workshop və seminarlar təşkil edəcəklər. Bu halda hər hansı caz festivalının təsiri daha böyük və daha uzun müddətli olur. Mənim bu caz festivalından gözlədiyim odur ki, iki ölkənin caz musiqiçiləri arasında münasibətlər güclənsin və daha da dərinləşsin.

Siz bu tipli tədbirləri davam etdirməyə hazırlaşırsınızmı və bu festivalın keçirilməsi ənənəyə çevriləcəkmi?

Mən əminəm ki, Festival bizim üçün böyük bir uğur olacaq. Adətən uğurlu işi gələcəkdə təkrar etmək arzusu yaranır. Əgər lazım olan vəsait ayrılarsa, biz bunu məmnuniyyətlə bir ənənəyə çevirmək istərdik. Mən Azərbaycandakı bütün cazsevərlərə arzu edirəm ki, 2009-cu il Alaman həftləri çərçivəsində keçirilən Alman Caz Festivalı onların zövqünü oxşasın.