MAYKL ŞIFEL

Berlin divarı dağıdıldıqdan sonra orada cazın inkişaf etməsindən ilham alan Maykl Şifel buna qoşulmaq arzusu ilə 1990-cı illərin əvvəllərində Berlinə tanınmış İncəsənət Universitetində təhsil almaq üçün gəlmişdir. Həmin vaxtdan bəri o, öz ölkəsində və ondan kənarda tamaşaçılarını axırıncı on ildə albomlar şəklində çıxan həddindən artıq müxtəlif solo və qrup layihələri ilə sevindirmişdir.

Bu günə qədər Maykl üç solo albom buraxmışdır. Onun birinci işi, “Invisible Loop” (1997) dekadanın ən çox ümidverici debüt albomlarından biri kimi qəbul edilmişdir; onun ikinci albomu “I Don’t Belong” (2001) isə daha çox insanın özünü dərk etməsindən bəhs edir və bu albom tənqidçilərin rəğbəti ilə qarşılaşıb.

Mayklın ən son albomu olan “ Don’t Touch My Animals” 2006-cı ilin sentyabrında işıq üzü görmüşdür. Albomda böyük şəhər və qitələr arasındakı həyat və məhəbbətə aid mahnılar yer alıb. Müxtəlif yönümlü bütün solo layihələrində Maykl özünün virtuoz səsini təkrarlanan elektron musiqi ilə birləşdirir.

Maykl Şifel


Maykl Şifel

Özünün bəstələdiyi və sözlərini yazdığı mahnıları ilə vokalın və elektron musiqinin dinamik vəhdəti qeyri-adi yollarla ehtirası, sevinci və fərqliliyi ifadə edir. Özünün solo çıxışlarına əlavə olaraq Maykl bir çox başqa musiqiçilərlə geniş çeşiddə layihələrlə əməkdaşlıq edir.

Hansı janrda ifa etməsindən asılı olmayaraq- istər “JazzIndeed”lə fank və ya pop, istər “Thaerichen’s Tentett”lə klassik musiqi, istər “David Friedman”la müasir caz olsun və istərsə də Alman-Bolqar kvinteti olan “ Batoru” ilə Balkan ritmləri olsun- bunların hamısında Mayklın müxtəlif yönümlü səsi hər dəfə tamaşaçılar və tənqidçilər tərəfindən rəğbətlə qarşılanır. 2001- ci ildə Maykl Vaymarda Franz Liszt Konservatoriyasına Vokal Jazz üzrə Professor kimi qoşuldu və beləliklə də o, Almaniyada ən gənc musiqi professoru sayıldı. Avropa boyu çoxlu sayda festivallarda çıxışlara və ustad dərslərinə əlavə olaraq o, həmçinin Birləşmiş Ştatların Höte İnstitutunda, Afrikada, Asiyada dəvətli musiqiçi kimi çıxışlar etmişdir.