DANİEL ERDMANN

Artıq on ildir ki,Erdmann 3000 öz ifasında ənənəvi və avanqard musiqini birləşdirməyə nail olub. Berlindən olan bu qrup-rəhbəri əslən Parisdən olan Daniel Erdmann Berlin gənc caz nəslinə mənsub olan dörd fərdi istedada malik olan musiqiçini bir araya gətirmişdir: həmin müstəsnalıq təşkil edən musiqiçiləri ki, onlar öz fəaliyyətlərində Der Rote Bereich, Aki A& the Good Boys və ya Das Kapital kimi layihələri həyata keçiriblər.

Onlar birlikdə elə bir interaktiv səs yaradıblar ki, onun ifadəliliyi və yumor hissinin dərinliyi bütün mövcud olan caz qaydalarının əksinə olaraq cazın asan qəbul olunan, sakitləşdirici olduğuna inandırır.Erdmann 3000 ilə caz artıq öz gələcəyinə çatıb.

Üç studiya albomundan sonra– recovering from y2k (jazz4ever records 2000), welcome to e3k (enja records 2004) and supermicrogravity (enja records 2007) –Erdmann 3000 üçün canlı konsert albomunun əsil vaxtıdır. Canlı ifada qrupun çox əla təcrübəsi olduğu üzə çıxır: bu zaman musiqiçilər bacarıqlarının inkişafını sübut etmək üçün daha rahat ifa edirlər və onların heyrətdən donmuş tamaşaçıları təsvir edilməsi çətin olan bir atmosfera yaradırlar. Həmin anları doğrudan da sehrli anlar kimi təsvir etmək olar. Musiqiçilər və tamaşaçılar tərəfindən qazanılan bu sehr canlı cazı qeyri-adi və əvəzedilməz edir.

Daniel Erdmann

Mətbuatdan sitatlar:
"Daniel Erdmann hal-hazırda dünya cazında ən çox yeniliklər edən ifaçılardan biridir "Gerard Rouy, Jazz Magazine 2007 "ideya və ifa – hər ikisi gözəldir… Bu musiqi o qədər gözəl, intim və mürəkkəbdir ki, onu hər hansı bir dilə bənzətmək olar. Amma ola bilsin elə bir dilə ki, o bütün dünyaya aydın olsun.”Friedrich G. Stern, Nürnberger Zeitung 12.02.2005

"Berlindən olan gənc şir elə bir səs tapıb ki, o, onun şəhərinin tikililər gedən hissəsindən keçən gəzintiyə bənzəyir. Albom onun doğma şəhərində baş verən və ona uyğun olan qeyri-adi dəyişikliklərdən bəhs edən musiqilərlə tamamlanıb." Wolf Kampann, Zitty 2001

Daniel Erdmann

"Erdmannın səslənməsi tonlarla ağırlığı havada uçmağa məcbur edir. O, caz ənələri dərsini mənimsəyib və Koleman və Koltreyni başqalarından fərqli anlayıb. Və o, səhnədə caz haqqında bildiklərini bizə demək üçün dayanmır. O, tamaşaçı ilə ümumi dil tapmağa çalışır." Tagesspiegel 2000

Daniel Erdmann

"Daniel Erdmann cəsarətli interpretasiyaçıların birinci sırasındadır. Onun improvizələrinin öz səsi var, onlar tez tanınandır, tutucudur və bütün rənglərə malikdir.“ Jazzfiles 2001