FLORİAN ROSS

1972-ci ildə anadan olub, pianoda ifa etməyi və bəstələməyi Kslndə, Londonda və Nyu Yorkda John Taylor, Joachim Ullrich, Bill Dobbins, Django Bates, Don Friedman və Jim McNeely ilə birgə öyrənib.

Ross altı albom buraxmışdır ki, onlardan da birincisi 1998-ci ildə onun öz adı altında işıq üzü görmüşdür.

Ross öz yazılarında hır iki cərəyana- müxtəlif istiqamətli caz ənələrinə və çağdaş caz musiqisinə özünün qeyri-adi yanaşmasına xüsusi diqqət yetirir. Bütün formatlarda triodan tutmuş kvintetə, simli alətlərdən tutmuş nəfəsli ansambla qədər iki müxtəlif növ musiqi formasını müvəffəqiyyətlə birləşdirə bilir: onlar improvizə olunmuş və bəstələnmiş musiqilərdir.

Florian Ross

Onun Avropalı həmkarlarının bəziləri özlərini əsas cərəyandan uzaqlaşdırmağın daha yaxşı olduğunu fikirləşdikləri bir vaxtda başqa bir qrup isç Amerika caz ənələrinin Avropada həqiqətən də davam etdirilməsinə səy göstərir. Ross həmin sərhəd xəttlərinin fərqinə varmır, amma müasir cazda ənənəvi cazdan istifadə edir. Onun “daha yüksək, daha uzaq, daha cəld” ideyalı şüara marağının az olması onun daha dərin və isti səs tonlarına-hansılar ki, onun fərziyyələrində mavi, narıncı və yer rəngi arasında dəyişir-üstünlük verməsinə dəlalət edir.

Florian Ross

Bu bünövrə daha da həvəsləndirir: burada yaradıcı memar fərqlidir, amma dəbə uyğun deyil. İntellektin olması hissiyyatın olmaması demək deyil- baş mədəyə qulaq asır və əksinə.
Musiqi tez-tez təbliğ olunan və heç də həmişə nail olunmayan tənzimləmə xarakteri daşıyır. Onun çətin və eyni zamanda lirik musiqisi səni Rossa qarşı hər hansı bir əks hərəkət etməyə vadar etmir. O bilir ki, musiqisinin nə deməsi vacib deyil, necə deməsi vacibdir və bəzən daha az deməklə daha çox verməlidir.

Florian Rossun işi hər hansı bir janr və kateqoriya ilə məhdudlaşmadığından onu sadəcə pianoçu və improvizəçi və yaxud aranjemançı və bəstəkar adlandırmaq olmaz. O, təkcə pianoçu olmaq üçün bəstəkarlıqdan və təkcə bəstəkar olmaq üçün pianoçu olmaqdan əl çəkə bilmir. O, musiqili düşünən, eşidən, yazan və ifa edən musiqiçidir.

Florian Ross

Ross Vince Mendoza, Bob Brookmeyer, The Bamberg Symphony Big Band, Peter Bolte, Joachim Schsnecker, Tommy Smith, The Scottish National Jazz Orchestra, Jeff Cascaro, Jim McNeely, Dave Liebman, Don Friedman, George Duke, John Scofield, Kenny Wheeler, Ron McLure, Joe Lovano, Eric Vloeimans, Nils Wogram, John Hollenbeck, Bill Dobbins, Paul Heller, Michael Buckley və Guilfoyle ilə birgə ifa etmiş və işləmişdir. O, İsveçrə, Avstriya, İngiltərə, Şotlandiya, Xorvatiya, Finlandiya, Rusiya, Meksika, ABŞ, Hindistan, Şri Lanka, Banqladeş və Çində konsertlər vermişdir. Ross həmçinin Hanover Musiqi Akademiyasında, Vaymar və Maynzda, Leypsiq və Drezden Musiqi Akademiyalarında dərs demişdir. Özünün CD-lərinə əlavə olaraq birinci “European Real Book”da özünün dörd bəstəsini yazdırmışdır.

Trio Florian Ross

Çoxlu sayda beynəlxalq mükafatlar arasında Ross 2000-ci ildə “Danish Radio Big Band International Thad Jones Competition”da birinci yer mükafatına layiq görülüb. O, Metropole Orchestra, Vancouver Jazz Orchestra, Oktoposse, BMI Jazz Orchestra, Joe Lovano və RTE Dublin, Brussels Jazz Orchestra, Cologne Contemporary Jazz Orchestra və eləcə də DLF (Deutschlandfunk) [the nationwide broadcasting station], NDR (Norddeutsher Rundfunk), WDR (Westdeutscher Rundfunk), HR( Hessischer Rundfunk) və SWR (Südwestrundfunk) [the state radio stations] üçün musiqi bəstələmiş və aranjeman etmişdir.

Florian Ross

2006-cı ildə Ross özünün bəstələrinə görə ünlü WDR Jazz mükafatına layiq görülmüşdür.