Rain Sultanov
Əziz dostlar!

Çox xoşbəxtəm ki, Azərbaycanda Alman Caz musiqisi festivalının təşkili mənə həvalə olunub. Mənim bəxtim gətirib ki, uzun müddət Almaniya kimi gözəl ölkədə yaşamışam, onun mədəniyyəti, ənənələri və musiqisi ilə yaxından tanış olmuşam. Almaniya həm Avropanın, həm də dünyanın ən inkişaf etmiş ölkələrindən biridir və yüksək mədəniyyətə malikdir. Bu ölkənin caz musiqisində zəngin ənənələri və gözəl musiqiçiləri var. Bu ölkə mənə mədəniyyətinə, insanların musiqiyə və bir-birlərinə olan münasibətinə görə çox yaxındır. Çox istərdim ki, mənim üçün doğma olan bu iki ölkə- Azərbaycan və Almaniya bir-birlərinə daha da yaxın olsunlar, onlar arasında daha çox ünsiyyət və təcrübə mübadiləsi olsun. Əminəm ki, bu festival iki ölkə musiqiçiləri arasında yeni münasibətlərin və əlaqələrin yaranmasına xidmət edəcək.

Biz sizə müsbət emosiyalar və yaxşı əhval-ruhiyyə gətirəcəyimizə söz veririk.

“German Jazz Festival”ın Təşkilatçısı

Rain Sultanov