İSFAR MONTRÖDƏ QALİB GƏLDI

İyulun 18-i, Ceneva gölünün gözəl sahillərində 19 yaşlı İsfar Sarabski Azərbaycan cazına daha bir yeni uğur gətirdi – o, Montrö Caz Festivalında “Bösendorfer” solo piano müsabiqəsinin qalibi oldu.

Caz dünyasında İsveçrədə keçirilən bu festivaldan daha nüfuzlusu yoxdur. Bu, 43-cü festival idi və Azərbaycan son illər ərzində əlbəttə ki, öz çəkisindən artıq döyüş nümayiş etdirdi. İki il bundan əvvəl Şahin Növrəsli piano müsabiqəsində öz çıxışı ilə ilk pionerlik etdi və ikinci yeri qazandı. Salman Qəmbərov da həmin ildə özünün “Bakustik” qrupu ilə o festivalda çıxış etmişdi. Montrönün builki proqramının təsiri orada “Eastern Delights” (“Şərq inciləri”) layihəsinin Adriatik dənizi ilə Ural dağları arasındakı ölkələrin musiqisinə və ətrinə həsr olunması ilə izah olunur. Bu il isə Azərbaycan.

Belə ki, güclü pianoçular Emil İbrahim və Salman Qəmbərov və eləcə də saksofonçu Zülfüqar Bağırov həm ifa etmək həm də gənc həmyerlilərinə daha cəsarətli olmağa kömək etmək üçün Montrödə idilər. Sanki İsfarın qələbəsini qeyd etmək üçün Əzizə Mustafazadənin sehrli nasğıllardakı kimi “Chateau de Chillon” (“Şilon” qəsri)qəsrindəki konserti müsabiqənin finalından sonra oldu.

İsfar Sarabski

Beləliklə, 2009-cu ildə Montrödə Azərbaycan özünü həqiqətən tanıtdı və İsfar Sarabskinin adı festival qeydlərinə həkk olundu. Gənc olmasına baxmayaraq (1989-cu ildə Bakıda doğulub) Sarabski caz səhnəsinə yeni gələn deyil. Bakıda öz işini qurmuş iş adamı Martin Nyuhəm “15 yaşlı oğlanın 2005-ci ilin yayında “Venue” restoranında ola bilsin ki, ilk peşəkar ifasını gördüyünü söyləyir... və bundan sonra İsfarın uğurlarının təəccüb doğurmadığını bildirir...”

“Bakı Caz Festival” larında çıxışlar onun özünə inamını və təcrübəsinin cəld inkişaf etməsini bir daha sübut etdi və bütün bunlar musiqiçinin Bakı Caz Mərkəzindəki daimi çıxışlarından o qədər də əvvəl olmayıb. Beynəlxalq təcrübə Qırğızıstanda keçirilən “İssık-kul ulduzları”, Norveçdə keçirilən “SildaJazz” və keçən il Rusiyanın Dubna şəhərində keçirilən “Muzenergo” festivallarındakı çıxışlarla davam etdi.

Caz, əlbəttə ki, musiqinin ən çox zəhmət tələb edən formalarından biridir və Sarabski hal-hazırki zirvəyə çatmaq üçün uzun müddət tər tökərək çalışıb – onun özünü tamamilə bu işə həsr etməsi İsveçrədən gəldiyi günün elə sabahısı piano arxasına keçmək faktı ilə sübuta yetirilir. Hələ də çoxları başa düşmür ki, səhnədən asan görünən ifalar hər gün 5-6 saatlıq məşqlərin məhsuludur. Və beləliklə 13 il məşq? – bəli, bu vaxta qədər İsfar belə edib. Onun dediyinə görə onu heç kim musiqi məktəbinə getməyə məcbur etməyib. (o, 6 yaşından Bülbül adına musiqi məktəbində oxuyub).

İsfar Sarabski

“Mən musiqilərə qulaq asmağı başqa uşaqlardan daha çox istəyirdim. Mən Dizzi Gillespinin və Lui Armstronqun cazına qulaq asmaqdan böyük zövq alırdım.” Və musiqilərə qulaq asmaq və ifa etmək imkanlarını yaratdıqlarına görə İsfar hər şeydən əvvəl valideynlərinə təşəkkür edir. O. təhsilini Bakı Musiqi Akademiyasında davam etdirir. Akademiyanın rektoru Fərhad Bədəlbəyli də Montrödəki güclü Azərbaycanlı qrupunun içərisində idi.

Cazın həmişə qaydalara sığmayan reputasiyası olub və bu da insanlara yaxşı musiqiçi biliklərinin dərinliyini anlamağa maneçilik törədib. Təsadüfi deyil ki, Şahin Növrəsli kimi İsfar Sarabski də öz vaxtını klassik və caz musiqisi arasında bölür – onların hər ikisi özlərinin sevimli bəstəkarları arasında Baxın adını çəkirlər və eləcə də bir sıra təxmin edilən adlar; İsfarın fikrincə - Kiss Cəret, Brəd Meldau, Bill Evans, Oskar Piterson və Vaqif Mustafazadə. Montrödəki uğurundan sonra “əsl dünya çempionu” (Emil İbrahimin dediyi kimi) təbii ki, ona gələn dəvətlərlə bağlı vəzifələrini araşdırır və bu istedadlı gənc pianoçu həm də Bakı tamaşaçısı üçün klassik musiqidən ibarət solo konsert vermək istəyir.

“Mən hər ikisini sevirəm. Cazda mən improvizə və özümü ifadə edə bilirəm. Klassik musiqi isə bir qədər dəqiqdir, amma bu minus deyil. O, gözəl musiqidir və hər musiqiçi onu özünəməxsus ifa edə bilər.” Sarabskinin sadaladığı sevimli bəstəkarlar siyahısındakı son ad Azərbaycanın caz dünyasındakı müvəffəqiyyətinə bir işarədir. 19-cu əsrin sonlarında qara dərili amerikalıların müəyyən

İsfar Sarabski

şəraitdə addım- addım yaratdığı bu janr bütün dünyaya yayıldı və hər millət də buna öz “ədviyyatını” qatdı və bəzilərində bu “ədəvalar” başqalarınkından daha dadlı oldu. Vaqif
Mustafazadə Fərhad Bədəlbəylinin təbirincə desək Amerika musiqisinə muğam “duz-istiotu” əlavə edən bir musiqiçi kimi geniş şəkildə qəbul olunmuşdur və İsfar da bu ənənə ilə yaşadığını təsdiq edir: “Mən başqa musiqiçilərlə cazın müxtəlif formalarını ifa edirəm, amma mən onları Azərbaycan musiqisi ilə tanış edirəm...”

İsfar Sarabski

İsfardan müsabiqədə ifa olunan ümumi standartlar barəsində soruşulanda o, pianoçu həmkarlarının bacarıqları haqqında alicənablıqla danışdı. Və onu da qeyd etdi ki, “ ola bilsin onlar da yaxşı musiqi seçmişdilər. Həm də o da ola bilsin ki, münsiflər bu dəfə əsas cərəyandan bir az fərqli bir musiqini eşitməkdən daha çox məmnun oldular.”

Montröyə dinlənilmək üçün göndərilən diskdə icbari blyuz nömrələrlə bərabər İsfarın özünün bəstələdiyi fərqli Azərbaycan musiqisi, “Novruz” kompazisiyası da var idi. Enriko Pieranunzi və Bill Evansın musiqilərindən başqa “Novruz” da müsabiqənin tərkibinə daxil idi.

İki gənc pianoçunun müsabiqənin qalibləri elan edilməsi bir faktdır – 13 yaşlı gürcüstanlı vunderkind Beka Qoçiaşvili qalib podiumunda İsfara qoşuldu və onların hər ikisi Qafqazdan idilər və bu kiçik “Şərq ədviyyatı” münsiflər heyətinin ağzının dadının dəyişməsinə səbəb oldu.

İsfarın rəsmi görüşlərdə sakit danışan və təvazökar olmasına baxmayaraq, barmaqları pianonun dillərinə toxunan kimi onun daxilində nələrin gizləndiyi məlum olur. Əvvəldə qeyd etdiyimiz kimi o, caz, klassik musiqi və muğam ifa edir, amma eyni zamanda o birdən ağlınagələn musiqi də göstərməyə qadirdir.Buna misal, İsfarın

İsfar Sarabski

“Tom və Cerri”nin rus variantı olan “Bir dayan!” (“Nu, pogodi!”) cizgi filminin musiqisinə etdiyi improvizəni göstərmək olar. Bu da ola bilsin ki, kökləri və mənbələri hələ də qorunub saxlanılan, möhkəm özülü olan mədəniyyətlə böyüyüb başa çatması ilə izah olunur və əlbəttə ki, bu bəzi millətlərin qloballaşan mədəniyyətindən fərqlənir.

Müsabiqədən danışarkən İsfar orada hiss etdiyi həyəcan haqqında kifayət qədər səmimiyyətlə dedi: “Mən birinci yeri tutacağımı fikirləşmirdim, sadəcə çox işləyib təmkinli olmağa davam edirdim...Bəzən eyni musiqi parçalarını ifa edən müsabiqə iştirakçılarını eşidəndə məşq etmək çətin olurdu, çünki kimin daha yaxşı olacağını bilmirdin.”

Müsabiqə finalçılar səhnəyə çıxmaq üçün tamaşaçıların arasından keçməli idilər – bu isə böyük sayda azərbaycanlı qrupun içərisindən keçmək demək idi...

“Mən tamaşaçıları hiss etdim və onlara böyük dəstəklərinə görə minnətdaram, amma Azərbaycanı təmsil etmək çox böyük məsuliyyət idi, o müsabiqədə yeganə müsəlman ölkəsi idi... Mən deyə bilmərəm ki, mən buna layiq idim, mən əlimdən gələni etdim.”

Beləliklə, biz İsfarın tamaşaçılar arasında aparılan səsvermədən sonra “Tamaşaçı rəğbəti” mükafatına layiq görülməsini də qeyd etməliyik. Onun uğurunun təsdiqlənməsinə baxmayaraq, o yaxşı bilir ki, necə olursa olsun

İsfar Sarabski

daha çox çalışmalıdır: “Müsabiqədə qalib gəlmək irəliyə daha bir addımdır, amma “mən indi qalibəm” deyə dayanmağa hazırlaşmıram. Mən bəstələmək, yeni layihələrlə inkişaf etmək və irəli gedərək davam etmək istəyirəm.”

Bundan əvvəl isə onun layiq olduğu istirahətə ehtiyacı var. O, festival vaxtı təkcə bir məqsədli missiya üçün getdiyi Avropaya bir daha qayıdıb görməli yerlərə baxmaq istəyir. Getməmişdən əvvəl İsfar onun bu yerə qədər gəlib çıxmasında əməyi keçən insanlara təşəkkürünü bildirmək istəyir; təqaüdlə dəstəyinə görə Azərbaycanın Prezidentinə, Montröyə getmək arzusuna dəstək verdiyinə görə Mədəniyyət və Turizm Nazirliyinə, müəllimlərinə görə Bülbül adına musiqi məktəbinə və Musiqi Akademiyasına, AzEvroTel birgə müəssisəsinin rəhbəri iş adamı Nuri Əhmədova, A & A şirkətindən Rauf Əliyevə və Martin Nyuhəmə onların sposorluğuna və dəstəyinə görə - və Allaha isə ona bu istedadı bəxş etdiyinə görə.

Montrö Festivalı başa çatıb, amma bu, İsveçrənin gördüyü hələ heç də sonuncu Azərbaycanlı deyil. Oktyabrdan dekabra qədər orada “Culturescapes” layihəsi çərçivəsində Azərbaycan mədəniyyətini təmsil etmək üçün silsilə tədbirlər olacaq- və bunlardan biri gözəl pianoçu İsfar Sarabskinin öz bacarığını göstərmək üçün bir şans oldu.

İan Piert və Səadət İbrahimova
(bu məqalə ilk dəfə “Visions” jurnalında dərc olunub)