FYÜJN STILININ INKIŞAFIZ

“Fyüjn” sözü keçən əsrin son iyirmi beş ilində o qədər tez-tez və müxtəlif hallarda işlənirdi ki, az qala mənasız bir ifadəyə

Mayls Deyvis

çevrilmişdi. Bu istiqmaqətin erkən mərhələsini “caz-rok” adlandırmaq daha düzgün olar.

Caz-rok

“Caz-rok” termininin ilkin mənası çox aydın idi: caz improvizasiyası ilə rokm musiqisinin energetika və ritmlərinin əlaqələndirilməsindən söhbət gedir. 1967-ci ilə qədər caz və rok aləmləri praktiki olaraq bir-birindən ayrı mövcud olmuşdur. Lakin o vaxta qədər rok daha çox yaradıcı xarakter kəsb edir və mürəkkəbləşir, psixodelik rok, soul-musiqi yaranır. Eyni zamanda, xalis hardbop bəzi caz musiqiçilərini bezdirməyə başlamışdı, lakin onlar qavranılması çətin olan avanqardist musiqini ifa etmək istəmirdilər. Nəticədə iki müxtəlif idioma ideya mübadiləsi aparmağa və öz qüvvələrini birləşdirməyə başladı. 1967-ci ildən etibarən gitaraçı Larri Koriell (Larry Coryell), vibrafonçu Gerri Berton (Gary Burton), 1969-cu ildə isə təbilçi Billi Koben (Billy Cobham) və Breyker qardaşlarının (Brecker Brothers) daxil olduğu “Dreams” qrupu yeni stilin imkanlarını mənimsəməyə başladılar. 60-cı illərin axırlarında Mayls Deyvis caz-roka keçmək üçün zəruri potensial imkanlara malik idi. O, modal cazın yaradıcılarından biri idi. Modal caz əsasında 8/8 ritmikasından və elektron alətlərdən istifadə etməklə “Bitches Brew” və “İn a Silent Way” albomlarını yazdıran Mayls bu istiqamətdə yeni bir addım atır. Həmin dövrdə onunla birgə çıxış edən musiqiçilərin çoxu sonradan bu istiqamətin əsas simalarına çevrilmişdir – Con Maklaflin (John McLaughlin), Co Zavinul (Joe Zawinul), Herbi Henkok və b. Deyvis üçün səciyyəvi olan tərkidünyalıq, lakoniklik, fəlsəfi seyrçilik yeni stildə çox faydalı oldu. 1970-ci illərin əvvəlində caz-rok yaradıcı caz stili kimi məxsusi sima kəsb etmişdi, hərçənd, caz puristlərinin çoxu edən əsas qruplar “Return To Forever”, “Weather Report”, “The Mahavishnu Orchestra” və Mayls Deyvisin müxtəlif ansamblları idi. Onların ifa etdiyi yüksək keyfiyyətli caz-rok musiqisi həm caza, həm də roka xas olan çoxsaylı priyomları özündə birləşdirirdi.

Con Maklaflin

Fyüjn

Ən maraqlı caz-rok heyətləri üçün səciyyəvi

xüsusiyyətlər kompozisiya həlləri ilə improvizənin əlaqələndirilməsi, rok musiqisinin harmonik və ritmik prinsiplərindən istifadə edilməsi, Şərq melodiya və rtimlərinin fəal təcəssümü, səsin işlənməsi və sintez edilməsi üçün elektron vasitələrin musiqidə geniş tətbiq edilməsi idi. Bu stildə lad prinsiplərinin tətbiq diapazonu, müxtəlif, o cümlədən ekzotik ladlar toplusu genişlənmişdir. 70-ci illərdə caz-rok ağlagəlməz dərəcədə populyarlaşır, ən fəal musiqi qüvvələri bu istiqamətə üz tuturlar. Müxtəlif musiqi vasitələrinin sintezi baxımıdan daha çox inkiaşf etmiş caz-rok “fyüjn” (ərinti, xəlitə) adlanmağa başlamışdır. Avropa akademik musiqisinə növbəti dəfə meyl edilməsi (bu, caz tarixində ilk dəfə deyildi) “fyüjn” üçün əlavə təkan oldu. Bu mərhələdə fyüjn faktiki olaraq 50-ci illərin “üçüncü cərəyan” xəttini davam etdirir.

Müxtəlif mədəniyyətlərin təsirinin birləşməsi hətta ən maraqlı ansamblların tərkiblərində də özünü göstərir. Əvvəlcə amerikanlaşmış avstriyalı, klavişli alətlərdə çalan Cozef Zavinulun və amerikalı saksofonçu Ueyn Şorterin (Wayne Shorter) rəhbərlik etdiyi “Weather Report” kollektivı buna səciyyəvi misal ola bilər. Bu ifaçıların hər biri müxtəlif vaxtlarda Mayls Devisin məktəbini keçmişlər. Ansambl Braziliya, Peru və Çexoslovakiyadan olan musiqiçiləri birləşdirirdi. Sonralar demək olar ki, dünyanın bütün ölkələrindən olaninsrtumentalistlər və vokalçılar Zavinul ilə əməkdaşlıq etməyə başlamışdır. “Weather Report” kollektivinin varisi olan “Syndicat”

Gerri Berton

layihəsində musiqiçilərin coğrafiyası Tuvadan başlamış Cənubi Amerikaya qədər böyük bir ərazini əhatə edir.

Lakin təəssüf ki, zaman keçdikcə caz-rok daha çox kommersiya musiqisi cizgiləri kəsb edir, digər tərəfdən rok özü 1970-ci illərin ortalarında qazanılmış yaradıcılıq tapıntılarının çoxundan imtina edir. Bir sıra hallarda fyujn faktiki olaraq

Co Zavinul

cazın adi pop-musiqi və yüngül ritm-ənd-blüz ilə kombinasiyasına, krossoverə çevrilir. Fyüjn musiqisinin öz imkanlarını genişləndirmək və dərin musiqiyə çevrilmək ambisiyaları həyata keçməmişdir, hərçənd nadir hallarda da olsa, məsələn, Çik Korianın ansambllarında və “Tribal Tech” tipli qruplarda axtarış davam edir.

Elektrik cazı

Elektron səs çeviricilərindən və sintezatorlardan istifadə edilməsi ilk növbədə rok və ya kommersiya musiqisinə yaxın olan musiqiçilər üçün son dərəcə cəlbedici olmuşdur. Əslində elektrik musiqisinin ümumi kütləsində səmərəli nümunəlrin sayı nisbətən çox deyil. Məsələn, Co Zavinul özünün “Weather Report” layihəsində etnik və tonal elementləri çox effektiv şəkildə birləşdirməyə nail olmuşdur. Herbi Henkok isə 70-ci və 80-ci illərdə sintezatorlardan, çoxsaylı klaviaturalardan və müxtəlif elektron tryuklardan istifadə etməklə tamaşaçılardan daha çox, musiqiçilərin sevimlisinə çevrilmişdir. 90-cı illərdə musiqinin bu sahəsi getdikcə daha artıq dərəcədə cazdan kənar sahəyə yönəlir. Kompyuter vasitəsilə musiqi yaratmaq imkanlarının genişlənməsi də buna şərait yaradır. Müəyyən üstünlüklər və imkanlara baxmayaraq bu musiqi cazın əsas keyfiyyəti olan improvizə ilə əlaqəni itirir.