RAIN SULTANOV "TBILISI JAZZ FESTIVAL 2009" HAQQINDA

Sentyabr ayında məni Tbilisidə keçirilən caz festivalına dəvət etmişdilər. Bununla əlaqədar “Georgian Jazz Trio” kollektivinin rəhbəri,

Rain Sultanov

pianoçu Dato Mazanaşvili mənə zəng vurmuşdu. Biz onunla 2005-ci ildə Bakıda keçirilən caz festivalında tanış olmuşduq. “Georgian Jazz Trio” həmin festivala Gürcüstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə gəlmişdi. 2006-cı ildə Bakıda keçirilər növbəti festivalda biz yenə görüşdük. Görünür, həmin qrup bakılı tamaşaçıların çox xoşuna gəlmiş və təqdim etdiyi maraqlı proqramla onların yadında qalmışdı. Qrupun Fəvvarələr meydanındakı açıq səhnədə çıxışının necə böyük uğur qazanması hələ də yadımdadır.

Peşəkar musiqiçilər kimi, onlar mənim də xoşuma gəldi. O vaxt cem-seyşnlərin birində biz birlikdə çıxış etdik və gördük ki, pis alınmır.

Buna görə də mən, Gürcüstanda keçirilən caz festivalında həmin trio ilə iştirak etməyə tərəddüd etmədən razılıq verdim. Cavanlar məni öz yaxınları kimi səmimi qarşıladılar. Çıxışımızın proqramı artıq götür-qoy edilmişdi və deməliyəm ki, bu proqram heç də sadə deyildi. Proqrama mənim iki kompozisiyam, Datonun üç kompozisiyası, Vayna Şoter, Bobi Hitçerson və Herbi Henkokun caz standartları daxil idi. İkigünlük məşqlərdən sonra biz çıxış etməyə hazır idik. Festivalın ilk günündə, oktyabrın 27-də gürcü musiqiçilərlə birlikdə Markus
Millerin konsertinə getdik. Bu konsert, xüsusən Markusun heyətində çıxış edən gənc saksofonçu məni heyran etdi. Aleks Xan adlı bu gənc, sadəcə olaraq mükəmməl ifaçı idi. Festivalın yüksək səviyədə təşkil edilməsini, həm şəhərdə, həm də festival konsertlərinin təşkil edildiyi zalda bayram əhval-ruhiyyəsini xüsusi qeyd etmək istəyirəm. Səhnə tərtibatı, bütün musiqiçilərin fotoşəkillərinin yaratdığı

Rain Sultanov

vizual effekt mənə çox xoş təsir bağışladı. Bütün bunlar həm müasir, həm də dəbə uyğun idi. Belə genişmiqyaslı festival təşkil etməyin nə qədər çətin və məsuliyyətli iş olduğunu yaxşı
bilirəm. Bu mənada Kaxa Kandilakinin xidmətlərini xüsusi qeyd etmək lazımdır. O, böyük çətinliklrə baxmayaraq artıq neçə illərdir ki, Tbilisidə caz bayramları təşkil edir. Biz oktyabrın 29-da çıxış etməli idik. Saund-çekdən sonra çoxsaylı jurnalistlər mənə yaxınlaşıb dinlədiyim başqa musiqiçilər haqqında rəyimi, bizim repertuar, festivalın
təşkili barədə fikrimi soruşdular. Konsert axşam başlandı. Deməliyəm ki, bizim çıxışımız “bis” sədaları ilə qarşılandı. Tamaşaçılar bizi ürəkdən alqışlayırdı. Mən zaldan qeyri-adi müsbət energetika hiss edirdim. Bunu heç bir başqa hisslə müqayisə etmək olmaz və yəqin ki, musiqiçi üçün onun yaradıcılığının zirvəsi məhz bu hisslərdir. Bütün bu uğurların qazanılmasında istedadlı ifaçıların – pianoçu Dato Mazanaşvili, basist Nodar Ekvtimişvili və təbilçi Giya

Rain Sultanov

Salaqaşvilinin xidmətləri az olmamışdır.

Konsertdən sonra festivalın təşkilatçıları mənə yaxınlaşıb uğurlu çıxışıma görə təşəkkür edib dedilər ki, Vaqif Mustafazadənin Tbilisidə verdiyi konsertlər hələ də onların yadındadır və

Rain Sultanov

Azərbaycanda cazın davam etdirilməsi onları sevindirir. Mətbuat nümayəndələri çoxlu suallar verdilər, maraqlı təkliflər də az olmadı, o cümlədən Gürcüstanda qalıb işləməyi təklif edənlər də vardı.

Biz uğurlu çıxışımızı bərəkətli gürcü süfrəsi arxasında, Gürcüstanın məşhur “Dielo” vokal kvarteti ilə birlikdə qeyd etdik, gürcü ziyalılarının nümayəndələri ilə bərabər bir qədər çaça içdik və dadlı xingal yedik. Süfrə arxasında gürcülər ənənəyə sadiq qalaraq xorla mahnı oxudular.

Bakıya həm festival, həm də öz çıxışımız barədə çox gözəl təəssüratlarla qayıtdım. Bütün bu tədbiri təşkil edənlərə, bütün gürcü xalqına uğurlar diləyirəm, Gürcüstanda cazın daha da tərəqqi etməsini arzulayıram!