KATAMADZENİN CAZ TÖHFƏSİ

Bakılı caz həvəskarları, nəhayət, gürcü estradasının ən parlaq ulduzunun canlı ifasını dinləyə bildilər.

Möcüzə… Əsl caz möcüzəsi… Nino Katamadzenin musiqisinin nə demək olduğunu Bakıda çoxdan bilirdilər. Onun ifasının lent yazıları arıq 5 ildir ki, şəhərdə səsləndirilir. Lakin bu gün gürcü cazının ən parlaq “ulduzunun” canlı ifasını eşitməmişdik.

Yəqin elə bu səbəbdən Katamadzenin qastrol səfərlərinin təşkilatıları – Face-Restoran və klub onu intizarla gözləyən Bakı tamaşaçıları üçün bir deyil, iki görüş düzənləməyi qərara almışdır. Gürcü müğənni və onu müşayiət edən “İnsight” qrupu Bakıya şənbə günü səhərəyaxın gəldilər. buraya gəlməzdən əvvəlki həftədə müğənni iki konsert vermişdir: birini Moskvada digərini

Nino Katamadze

Kiyevdə Katamadze Rusiyada və Ukraynada olduqca populyardır. Onun konsertləri hər yerdə və həmişə tam anşlaq şəraitində keçir.

Gürcü müğənninin Bakıda ilk konserti mayın 30-da baş tutdu. Bu konsert həm də onunla əlamətdar idi ki, filarmoniya təmirdən sonra açılandan bəri ilk dəfə onun açıq səhnəsində çıxış edirdilər. Əvvəlki illərdə burada müxtəlif simfonik konsertlər çox olmuşdur, lakin təəssüf ki, o günlər keçmişdə qalmışdır.

Katamadzenin təqdim etdiyi caz adi caz deyil, özünün ecazkar energetikası ilə dinləyicilərin qəlbini şövqə gətirən sehirli musiqidir. Buna görə də həmin axşam Bakıda hava xeyli sərin

olduğuna baxmayaraq konsertdə heç kəs üşümürdü, əksinə, tamaşaçılar özlərini çox rahat və sərbəst hiss edirdilər. Nino əlinə mikrofon götürüb zala, tamaşaçıların yanına düşən kimi onlar müğənninin səsinə səs

Nino Katamadze

verdilər. Katamadzenin mahnıları sözsüz mahnılardır, dinləyici sadəcə olaraq bu musiqini, kompozisiyanın tempini və melodikasını bütün qəlbi ilə duymalıdır.

Konsertin əvvəlində müğənni tamaşaçılara qəribə bir sualla müraciət etdi: -İstəyitsiniz sizin üçün iyirmi dəfə “Oley” mahnısını oxuyum və çıxım gedim?

Tamaşaçıların reaksiyasından görünürdü ki, müğənni hətta belə bir addım atsa da, onlar məmnun qalacaqlar. Müğənni konsertin

Nino Katamadze

əvvəlində dinləyiciləri o qədər ovsunlamışdır ki, onlar hər şeyə hazır idilər.

Katemadzenin səhnədə davranış tərzi, onun musiqi stilistikası bir tərəfdən o qədər qeyri-adi, digər tərəfdən o qədər sadədir ki, müğənnini dinlədikcə musiqinin mahiyyətinə varmaq lazım gəlir, lakin bunu ləzzətlə edirsən, çünki bu ifa dinləyiciyə çox güclü enerji bəxş edir.