SALMAN QƏMBƏROVUN DÖRD FOKUSU – DÖRD TƏCƏSSÜM

Oktyabrın 19-dan dekabrın 6-dək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə İsveçrədə “Azərbaycan-2009” adlı Mövsümi Festival keçirilmişdir. İsveçrənin Bern, Bazel, Cenevrə, Uster, Sürix və digər şəhərlərində keçirilən Azərbaycan Mədəniyyəti Günlərində Azərbaycan

Salman Qəmbərov

filmləri, teatr tamaşaları, müxtəlif sərgilər nümayiş etdirilmiş, caz, klassik və folklor musiqisindən ibarət konsertlər olmuşdur. Caz musiqisini Əzizə Mustafazadə, İsfar Sarabskinin triosu (Kristian Veber və Samuel Rourer ilə birlikdə), Sevda Ələkbərzadə və onun ansamblı (Şirzad Fətəliyev, Malik Mansurov, Elçin Şirinov, Səlim Məmmədov, Natiq Şirinov, Vaqif Əliyev) və Salman Qəmbərov təmsil edirdi. Salman Qəmbərovun çıxışı isveçrəli tamaşaçıların daha böyük marağına səbəb olmuşdur, çünki o, buraya düz dörd layihə ilə gəlmişdi.

Bu gün qastrol səfərlərinə bir-birindən tamamilə fərqlənən bir neçə konsert proqramı ilə gedə bilən caz musiqiçisinə az-az rast gəlmək olar. Salman Qəmbərov İsveçrəyə “Lətif”, “Lieder Leaders”, “Bakustik Caz” və solo layihəsi ilə getmişdi. Bu dörd proqram heç də bir-birini tamamlamır, əksinə, bir-birini istisna və inkar edirdi. Həmin dörd layihənin Salman Qəmbərovun çoxşaxəli yaradıcılıq laboratoriyasının yalnız cüzi hissəsi olduğunu nəzərə alsaq...

Ümumiyyətlə, özünün hər bir konsertində dinləyiciləri heyrətləndirmək və necə deyərlər, çaşdırmaq – Salman Qəmbərovun səciyyəvi xüsusiyyətdir. Əgər Qəmbərov yeni layihə yaratmaq fikrinə düşübsə, növbəti kələk və fokus gözləməyə dəyər: “Yenə başlandı! Biz gözləyirdik ki, silindrin altından dovşan çıxacaq,

Salman Qəmbərov

amma oradan göyərçin uçdu!” O, caz sahəsində yorulmadan axtarışlar aparır və hər dəfə paradoksal təsir bağışlayır. Hətta biz – özümüzü təcrübəli salmanovşünaslar hesab edən bakılılar da maestronun hər konsertindən sonra fokuslar seansından sonra sehrbazlığa inanmağa başlayan uşaqlar kimi oluruq.

Salman Qəmbərov

Salman Qəmbərovun sehrbazlıq sirlərini faş etmək fikrində deyiləm. Mən aldadılmış və vəcdə gəlmiş tamaşaçı kimi qalmağı üstün tuturam.

Lakin onun arsenalına aid bəzi kiçik təfsilatları oxucularla bölüşmək istəyirəm. Beləliklə, xəlvətcə və çox ciddi deyirəm: dörd fokus – caz musiqiçisinin dörd təcəssümü.

1. “Lətif” və ya “Üz-üzə”

Səhnədə ekran. Musiqiçilər: Salman Qəmbərov (fortepiano), Fəxrəddin Dadaşov (kamança), Eldar Qafarov (nağara) arxaları tamaşaçılara tərəf olmaqla əyləşiblər. onlar bir-birinin sifətini və ən başlıcası ekranın “sifətini” görürlər. Fit səsi eşidilir və tamaşaçıların gözləri qarşısında keçən əsrin 30-cu illərində çəkilmiş “Lətif” adlı səssiz filmin ilk kadrları görünür. Bu kadrlarla bərbər musiqi səsi eşidilir və həm tamaşaçılar musiqiçilər Zamanla “üz-üzə” qalırdılar.

“Lətif” layihəsini Salman Qəmbərov 2001-ci ildə “Keçən əsrin yeni musiqisi” adlı beynəlxalq festival üçün yaratmışdır. Bu festivalın ideyasını sənətşünas Cahangir Səlimxanov və rejissor Ayaz Salayev işləyib hazırlamışdılar. Qəmbərova belə bir sintez yaratmağı – keçən əsrin əvvəllərində çəkilmiş səssiz filmi müasir üslubda səsləndirməyi təklif edəndə onlar idi. O dövrə aid altı səssiz filmdən Mikayıl Mikayılovun “Lətif” filmini seçdilər (bu film həm də “Üz-üzə” adlanır). Həmin dövr üçün bu filmdə novatorluq vardı, çünki bu əsərdə dünya on yaşlı oğlanın baxışları ilə təsvir edilirdi.

Müəllifin niyyətinə görə musiqi təkcə filmi müşayiət etmir, ona canlı, “çoxyaruslu” reaksiya bildirir. Qəmbərov altı hissədən ibarət film üçün altı süita yazmışdır. Filmdəki hadisələr cərəyan

Salman Qəmbərov

etdikcə bu süitaları daxilində improvizasiya edilir. İmprovizə prosesi eyni zamanda bir neçə təbəqədə baş verir: lad-harmonik təbəqə, tembr təbəqəsi, səsi əks etdirən təbəqə və sair. Məsələn, filmdə istifadə edilən fit səsi üç məna daşıyır. əvvəlcə o start metaforası kimi səslənir: “Fit! – Başladıq!”, bu fit səsi sırf tətbiqi məna daşıyır. Filmin ortasında fit səsi illüstrativ funksiya kəsb edir, bu, qatarı yola salan milis işçisinin, dəmiryolçunun fitidir. Üçüncü dəfə ayrı-ayrı, qırıq-qırıq fit səsləri bir-birinə qarışaraq qlobal fitə çevrilir – musiqiçilər totalitar rejimi fitə basırlar.

Musiqi filmdə istismarçı “xalq düşməni” kimi təqdim edilən “bəy” obrazı üzərində “düşünür”, bu gün biz həmin insana tamam başqa nəzərlə baxırıq. Əslində o, zəhmətkeş adamdır. Musiqi boynunda pioner qalstuku olan balaca çobanın zorla dəyişdirilmiş taleyi barədə bugünkü mövqedən “mühakimə yürüdür” – o, sevimli məşğələsindən zorla ayrılmışdır. Çobanın məşğuliyyətini müşayiət edən “Çobanlar” rəqsi getdikcə coşur və axırda kakofoniyaya çevrilir. “Lətif” layihəsində musiqi Zamanı təsvir edir, onun barəsində mühakimə yürüdür, onu şərh edir və sadəcə olaraq zamana baxır.

2. “Lieder Leaders”

Səhnədə iki musiqiçi var: Salman Qəmbərov

(royal) və Fəridə Məmmədova (opera vokalı).

Ryukkert, Şiller, Şober, Hölkenin, romantik alman poeziyası Şubertin, Bramsın və Malerin musiqisində - Qəmbərovun musiqisində təqdim edilir.

Opera müğənnisi Fəridə Məmmədova ilə duet şəklində alman romantik mahnı janrı (Lied) ilə “oynamaq” ideyası üç il əvvəl yaranmışdır. Lakin bu ideyanı yalnız 2008-ci ildə həyata keçirmək mümkün olmuşdur. O vaxt musiqiçilər Almaniyada keçirilən Bethoven festivalına dəvət edilmişdir. 2009-cu il noyabrın 10-da və 11-də isə bazeldəki “Bird’s eye” caz klubunda “Lieder Leaders”in İsveçrə qastrolları baş tutdu.

Soruşa bilərsiniz: nə üçün məhz Şubert, Brams və Maler? Ona görə ki, bu bəstəkarların musiqisi bütün XİX əsri – həmin yüzilliyin əvvəlini, ortasını və sonunu – alman lirik poeziyasının çiçəklənmə dövrünü əhatə edir. Prosesə ton verən Şubertdir. O, öz sələflərinin bacarmadığını edə bilmiş, müəyyən poetik əsər əsasında öz musiqi kontekstini yaradaraq sözə yeni məna kəsb etdirmişdir. Salman Qəmbərov bu tonu duymuş və bu gün “Lieder Leaders” layihəsində davam etdirmişdir – caz musiqiçisinin XİX əsr musiqisinə baxışı kimi, sevgi haqqında sözlərin mənasına XXİ əsr pəncərəsindən baxış kimi. Caz musiqisi yenə Zamanı tədqiq edir...

3. “Bakustik Caz”

1996-cı ildə yaradılmış bu qrup daim hərəkətdə - müxtəlif musiqiçilərlə, müxtəlif musiqi ilə, müxtəlif ölkələrdə qastrol səfərlərində yaradıcılıq ünsiyyətində olur. Qrupda dəyişməyən yalnız onun rəhbəri Salman Qəmbərov, bir də qrupun məqsədi – daimi axtarışlar və ifa tərzidir – caz ilə ənənəvi musiqini, caz ilə muğamı, caz ilə klassikanı, caz ilə ... sintez etməkdir.

Salman Qəmbərov

“Bird’s eye” caz klubunda “Bakustik Caz” aşağıdakı heyətdə çıxış edirdi: Salman Qəmbərov (fortepiano), Mircavad Cəfərov (ud), Emil Həsənov (bas-gitara), Vaqif Əliyev (zərb alətləri). İki axşam – noyabrın 13-də və 14-də tamaşaçı ilə dolu olan zal, onunla birlikdə isə bütün dünya (bu konsertlər onlayn rejimdə İnternetə translyasiya edilirdi) müxtəlif dövrlərin və ənənələrin təmasının şahidi oldu: müxtəlif dövrlərdə, müxtəlif coğrafi koordinatlarda, müxtəlif janrlarda yaradılmış musiqi “Bird’s eye” caz klubunda birləşdi və “Bakustik Caz”ın səsi ilə “danışmağa” başladı. Bu. Fikrət Əmirovun və Vaqif Mustafazadənin musiqisi; “Sarı gəlin” xalq mahnısı və Bitlz qrupunun “Yesterday”, “Come together” mahnıları; Karmenin ariyası və Səid Rüstəmovun “Hardasan” mahnısı, Pol Bezmondun “Take five” mahnısı və daha nələr... Deyəcəksiniz bu da bir fokusdur? İlk baxışda fokus yoxdur. Sadəcə olaraq, Zamanın başına yenə nə isə gəlir...

4. Solo

Səhnədə royal. Royal arxasında Salman Qəmbərov. “Lətif” layihəsinin təqdim edilməsindən əvvəl o, oktyabrın 30-dan noyabrın 3-dək İsveçrənin dörd şəhərində: Bazel, Uster, Sürix və Kur şəhərlərində dörd solo konsert vermişdir.

Solo ifaçılıq nə deməkdir? Bu suala Salman Qəmbərovun cavabını diktofona yazmışam: “Solo-ifa həmişə müxtəlif musiqi deməkdir. Bu, məkan musiqisidir, nədən başlayacağını və haraya gələcəyini bilmirsən. Mən belə halda çılğın vəziyyətdə oluram. Bu vəziyyət mənə ilham verir. Bu məqamda eyni vaxtda həm isti, həm də soyuq hiss edirsən. Daim risk vəziyyətində olursan: risk ondan ibarətdir ki, sən məkanı “eşitməyə” hazır olmaya bilərsən; risk ondan ibarətdir ki, hətta hər şey səni qane etsə də, dinləyicilər bunu qəbul etməyə, anlamaya bilər.

Ən başlıcası, solo-ifa improvizasiya deməkdir.

Salman Qəmbərov

Bu isə, özlüyündə riskdir, çünki improvizasiya təkcə subyektiv səbəblərdən deyil, həm də obyektiv səbəblərdən asılıdır. Bəstəkar əlinə pozan götürüb əvvəl yazdığını pozmaq, onun mənasını yenidən dərk etmək imkanına malikdir. Caz musiqiçisi isə istehkamçıya bənzəyir. Onun konsertdə dayanaraq belə deməyə imkanı yoxdur: “Bilirsinizmi, indicə mən bu məqamı təzədən ifa edəcəyəm. Burada nə isə mənim xoşuma gəlmədi. Səhnədə səslənən melodiya şahmatçılarda olduğu kimi saniyənin neçədə bir hissəsində şüuraltı səviyyədə yaranır. Onların da beynində şahmat partiyasının davamının milyonlarla variantı olur, onlar müəyyən zaman limitində götür-qoy edərək birini seçirlər. Bizdə isə heç vaxt limiti də yoxdur. Bundan əlavə, caz musiqiçisi həm də yaxşı təhkiyəçi olmalıdır. o Çingiz Abdullayevin detektiv yazı üslubuna, Çingiz Hüseynov intellektinə malik olmalı, bir tərəfdən Vaqif Səmədoğlu kimi lirik, digər tərəfdən Əkrəm Əylisli kimi ekoloji cəhətdən saf olmalıdır. Yazıçının da nəyi isə təzədən yazmaq, təzədən çap etmək imkanı var. Caz musiqiçisi isə bütün bu keyfiyyətlərə malik olmalıdır, lakin istehkamçı kimi, onun da səhv etməyə haqı yoxdur. Belə hallarda onu, beynindəki musiqi ədəbiyyatı ehtiyatı xilas edir. İmprovizələrin müəyyən məqamında ifaçının özündən asılı olmayaraq, məsələn, “Sevilya bərbəri” əsərindən bir mövzu, yaxud “Bolero”dan bir ritmik struktur, Stravinskinin, Qarayevin yaxud

Salman Qəmbərov

Monkun harmoniyası onu vəziyyətdən çıxara bilər. Bütün bunlar intuitiv səviyyədə baş verir və onu diktə edən şüur deyil, sənin zaman duyğundu”.

Yəqin deyəcəksiniz: bu da bir fokus?

Farizə Babayeva