Deyv Brubek “Time Out” albomunun 50 illiyini qeyd etmişdir

Deyv Brubekin “Kolambiya Rekords” studiyasında “Time Out” albomunu yazdırdığı vaxtdan 50 il keçmişdir. Bu münasibətlə musiqiçi noyabrın 27-dən 29-dək Nyu-Yorkdakı “Blu Nout” səhnəsində üç konsert vemişdir.
Həmin konsertlərdə Brubeki onun daimi qrupunun üzvləri Bobbi Militello (saksofon, klarnet və fleyta), Maykl Mur (bas partiyası) və Rendi Cons (zərb alətləri) müşayiət etmişdir. 2009-cu il dekabrın 6-da Brubekin 89 yaşı tamam olmuşdur. Bu münasibətlə ona nüfuzlu “Kennedi mərkəzi” təşkilatının Qala-mükafatı təqdim edilmişdir.

Soni Rollins Hudzon çayının qorunması xeyrinə konsert vermişdir

Tanınmış tenor-saksofonçu, dahi Soni Rollins və onun qrupu konsertdə çıxış etmişlər. Bu konsertdən əldə edilmiş bütün vəsait ətraf mühitin mühafizəsi üzrə «Clear Water» qeyri-kommersiya təşkilatının hesabına köçürüləcəkdir. Artıq 40 ildir ki, bu təşkilat Hadson (Hudzon) çayında ekoloji vəziyyətin bərpa edilməsinə yönəlmiş iş aparır.
Konsert dekabrın 6-da Territaun müzik-hollunda “Caz Forum Arts”da təqdim edilmişdir. “Qremmi” mükafatı laureatı, 79 yaşı bu ilin sentyabr ayında tamam olmuş Soni Rollins hələ də yaradıcılıq turneləri təşkil etmək üçün özündə enerji tapır. Qeyd etmək lazımdır ki, Rollinsşt həmin konsertdə iştirak etməsi heç də təsadüfi deyil, çünki bu cazmen 1972-ci ildən Nyu-York ştatının Kolumbiya mahalında, Hudzon çayının yaxınlığındakı ərazi yerləşən köhnə bir femada yaşayır.

Manfred Ayher Qari Gidinsə müsahibə vermişdir

Noyabrın 19-da Nyu-Yorkdakı Siti Universitetinin Məzunlar Mərkəzi “ECM Rekords” səsyazma studiyasının banisi və prodüseri Manfred Ayher ilə müsahibəni təqdim etmişdir. Son 40 ildə bu leybl markası ilə caz musiqisi, emiprik, dünya klassik və müasir musiqisi yazılmış bir sıra əla albomlar buraxılmışdır.
Ayherlə müsahibəni tənqidçi və yazıçı, bir sıra mükafatlara layiq görülmüş Qari Gidins aparmışdır.
Qeyd etmək lazımdır ki, bu, “ECM Rekords” şirkətinin rəhbərinin ABŞ-da ikinci müsahibəsidir. Gidins Ayherin bütün karyerasını əhatə edən geniş müsahibə aparmağı planlaşdırmışdır. Ayherin disk yazdırma biznesinin gələcəyini qabaqcadan görən bir insan kimi reputasiya qazanmasına heyranlığını gizlətməyən Gidins demişdir: “Biz hər şey barədə - onun bu işə necə başlaması və başqaları bu fəaliyyətdən əl çəkəndə onun öz işini necə davam etdirməsi barədə söhbət etməyə hazırlaşırıq. Görünür, o, öz işinin bilicisidir”.

Pat Meteni musiqi robotları ilə disk yazdıracaq

Mənsub olduğu nəslin ən populyar, yaradıcı və məhsuldar caz musiqiçilərindən biri olan Pat Meteni heç vaxt şöhrətə uymamışdır. Öz qrupu ilə birlikdə ağlasığmaz kommersiya uğurları qazanmış Meteni eyni zamanda, «Song X» və Ornett Kolmandan başlamış, məşhur «Zero Tolerance for Silence» qrupuna qədər müxtəlif yaradıcılıq eksperimentləri aparmaqdan heç vaxt əl çəkməmişdir. Meteni 30 yaşına çatana qədər öz yaşıdlarının və müəllimlərinin çoxu ilə birgə çıxış etmişdir. İndi isə musiqi robotları ilə bağlı tədqiqatlardan ruhlanan musiqiçi robotlarla «əməkdaşlıq» etməyə hazırlaşır.

Mayls Devisin ifasını qulaqlıqla dinləyə biləcəksiniz

Mayls Devis 1991-ci ildə vəfat etmişdir. Lakin XX əsrin ən nüfuzlu musiqiçilərindən biri olan bu sənətçi böyük irs qoyub getmişdir. Onun ölümündən sonra caz aləmi Devisin yaradıcılığına həsr edilmiş xüsusi məhsulların təkrar nəşrinin də şahidi olmuşdur. Təəccüblü deyil ki, onun adı ilə bağlı məhsullar arasında «Monster Keybl» firması tərəfindən hazırlanan «Mayls Devis» qulaqlıqlarının hədiyyə dəsti də vardır.
Yüksək keyfiyyətli bu qulaqlıqların fərqləndirici cəhəti ondan ibarətdir ki, Cek Consonun Kolumbiya üçün yazdırdığı disklərlə əlaqədar Devid Gerinin son işlərindən Maylsın rəmzi obrazı təsvir edilmişdir.
Mayls Devisə aidiyyəti olan qulaqlıqlar məhdud sayda buraxılacaq və fərdi qaydada nömrələnəcəkdir. Yeri gəlmişkən, bu qulaqlıqları alanlar aktyorun anadan olmasının 50 illiyi münasibətilə buraxılmış «Kind of Blue» alboma da sahib ola biləcəklər. Bu albom iki diskdən (bir CD və bir DVD) və 24 səhifəlik bir kitabçadan ibarətdir.

Meynard Fergüsonun xatirəsinə həsr edilir

“Elektron söz”ün canlı sözü sıxışdırması barədə söhbətlərin get-gedə çoxalmasına baxmayaraq, kitab nəşri yaşayır. Hər halda, “Özün düzəlt” seriyasından olan bəzi layihələrin kommersiya baxımından uğursuz hesab edildiyi kitab mağazalarının üzləşdiyi çətinliklər geridə qalacaqdır. Lakin onların bəzilərini müzakirə etməyə dəyər.
İndiki halda söhbət istedadlı qrup rəhbəri və turba çalan Meynard Fergüsonla müsahibələr kolleksiyasından gedir. Caz yazıları prodüseri Ralf Canqheym bu kolleksiyanı uzun illər boyu toplamışdır. Kitabın xarici görkəmi sadə olsa da zamanın şahidi olan bu nəşrə etinasız qalmaq çətindir.

Barbra Streyzand «Village Vanguard»da təqdim edilmişdir

Loreyn Qordon Cüliya Robertsi təpiklg vurduğu vaxtdan bəri «Village Vanguard» heç vaxt bu qədər məşhur meqa-ulduzlar olmamışdı. Sentyabrın 26-da Barbra Streyzand bu məşhur məkana gəlmiş və orada keçirilən yarışın qalibləri üçün eksklüziv tamaşa vermişdir. Streyzandın sözlərinə görə, bu müstəqil şou 1961-ci ildə Mayls Devisi təqdim etmək üçün «Village Vanguard»a gəlişindən sonra onun klubda ilk çıxışıdır.
Konsert Streyzandın bu il sentyabrın 29-da buraxılmış, “Cavabım sevgidir” adlanan yeni caz və kabare-albomun təqdimatı ilə eyni vaxta düşmüşdür. Diskdə Streyzandın Dayana Krollun kvarteti və Conni Mandel ilə birgə işləri yazılmışdır.

Herbi Henkok Los-Anceles Filarmoniyasının növbəti yaradıcı caz meri elan edilmişdir

Herbi Henkok “İlin albomu” nominasiyasında “Qremmi” mükafatına layiq görüləndən dərhal sonra ona Los-Anceles Filarmoniyasının növbəti yaradıcı caz meri adı verilmişdir. Beləliklə, gələn il bu nüfuzlu postda basist Kristian Makbraydı Henkok əvəz edəcəkdir.
Həmişə musiqinin daha ahəngdar və kommersiya baxımından əlyetərli olmasına çalışan Henkok mətbuat nümayəndələrinə demişdir: “Mən müxtəlif musiqi mədəniyyətlərini birləşdirməyə çalışıram… İstəyirəm ki, musiqi ilə onun qavranışı arasında qarşılıqlı əlaqə daha güclü olsun, məsələn, balet, yaxud şərq rəqslərinə oxşar elementlər caz ilə qarşılıqlı təsirdə olsun, kompyuter qrafikasının köməyi ilə vizual effektlər yaransın, cazla bağlı filmlər çəkilsin, cazı başqa janrlarla əlaqələndirsinlər”.

Yeni İngiltərə Konservatoriyasında cazın öyrənilməsinin 40 illiyi qeyd edilmişdir

Yeni İngiltərə Konservatoriyası cazın öyrənilməsinə həsr edilmiş ilk milli proqramın 40 illiyini qeyd etmişdir. Bəzi məzunların, professor-müəllim heyətinin və tələbələrin çıxışlarından sonra bayram şənlikləri bir həftə ərzində Bostonda və Nyu-Yorkda, eləcə də xəstəxanalarda və konsert salonlarının yaxınlığındakı icmalarda pullu və pulsuz konsertlərlə davam etmişdir. Oktyabrın 24-də Cordan-Hollda Filarmoniyanın kvarteti ilə Ueyn Şorterin kvartetinin birgə çıxışı Bostonda əlamətdar hadisəyə çevrilmişdir.
Konsertin birinci hissəsində Şorter və onun kvarteti çıxış etmiş, sonra isə Filarmoniyanın orkestri, Stenford və Norma Cin Kaldervud orkestrlərinin direktoru Hyu Volf da onlara qoşulmuşlar. Şorter məxsusi olaraq orkestrlə ifa edilmək üçün tamamilə yeni musiqi yazmışdır.

Bill Frizellin iki DVD-si buraxılmışdır

Sentyabrın 1-də gitaraçı Bill Frizzelin musiqisi yazılmış iki yeni disk buraxılmışdır. “Sonqlayn/Toun Fild Prodakşns” firması eyni vaxtda Baster Kitonun “Qərbə getməli”, “Bir həftə” və “Ali nişan” adlı üç filmini deətelğnostğ diskdə buraxmışdır. Bu filmlərin hər üçündə “Qremmi” mükafatı laureatı Frizellin musiqisi səslənir.
“Caz sessiyaları” adlı ikinci disk rejissor Daniel Bermanın Torontodakı (Kanada) Berkli kilsəsində çəkilmiş solo ifalar silsiləsini əhatə edir.