1. El Cerrou

Sentyabrın 29-da “Rino Rekords” firması “El Cerrou - ən yaxşı ifalar: əla sərgüzəşt” adlı diskini buraxmışdır. Hamının xoşladığı mahnılardan ibarət olan bu kolleksiya tanınmış vokal ustasının karyerasını əhatə edir.
Qeyd etmək lazımdır ki, Cerrou üç müxtəlif kateqoriyada – pop, caz və R&B nominasiyalarında “Qremmi” mükafatına layiq görülmüş yeganə ifaçıdır. Burada 1977-ci ildə ən yaxşı caz-vokal nominasiyasında ona “Qremmi” mükafatı gətirmiş “göy qurşağına tamaşa et” silsiləsindən “Əl ver!” mahnısını; 1981-ci ildə kişi ifaçılar arasında caz-vokal nominasiyasının qalibi kimi “Qremmi” mükafatına layiq görülmüş “Blüz Rondo a-la Turka” və yenə 1981-ci ildə kişilər arasında ən yaxşı pop-vokal nominasiyasında “Qremmi” mükafatı ilə qeyd edilmiş “Qaçarkən” filminin musiqisini xatırlatmaq yeinə düşər. Ümumiyyətlə, Cerrou 40 ildə 7 dəfə “Qremmi” mükafatı almışdır. Bu, əla nailinnətdir!
16 trekdən ibarət olan bu albomda Cerrounun bəzi hitləri toplanmışdır – “İşıq”, 1976 (“Göy qurşağı sənin gözlərindədir”), “Bu dəfə”, 1980 (“İspaniya”, “Heç vaxt təslim olma”), “Qaçarkən”, 1981 (“Damda bağ”, “Bizi birləşdirən bu məhəbbətdir”), “Cerrou” 1983 (“Üzü aşağı”, “Səhər”), “Ən böyük cinayət”, 1984 (“Nəhayət”), “Sabahkı gün”, 2000 (“Sadəcə sevilmək”), “Müsbət məqamları vurğula” (“Soyuq ördək”) və Sibill Şeppard və Brüs Uillisin iştirakı ilə teleşouda səslənmiş “Ay işığı” adlı əsas mahnı.

2. Con Skofild

İcmal: “Möminlər küçəsi” – bu, əfsanəvi gitaraçı Con Skofildin təqdim etdiyi İncildir. Əvvəlcə blüz layihə kimi nəzərdə tutulan bu disk R&B musiqisi kimi yayılmışdır. Skofildin fikrincə, İncil musiqisi ilə R&B arasında oxşarlıq çoxdur. Elə buna görə hesab edir ki, “Möminlər küçəsi” albomu İncilin Skofildə daha xoş olan hissələrinə uyğun musiqi ilə onun Yeni Orleanda yazdırdığı R&B fraqmentlərinin məcmusudur.

Diskdə nisbətən sadə, bəlkə də primitiv ritmlərlə yanaşı gitarada çox təsirli ifa üstünlük təşkil edir. Skofild əla bəstəkar olduğuna baxmayaraq, bu diskə daxil edilmiş nömrələrdən yalnız ikisi orijinal, qalan əsərlərin hamısı Skofildin aranjimanlarıdır. Vokal hissələrini Con Kleari və Con But ifa edir.

Skofildin ifa üslubu həmişə dinamikliyi ilə fərqlənmişdir. Lakin bu disk hətta onun üöün də bir növ kəskin dönüş hesab edilə bilər. Çox maraqlıdır ki, bu nəşr dini motivlərlə zəngindir. Hərçənd, Skofild dindar olmadığını özü də etiraf edir: “Mən formal baxımdan heç bir dinin tərəfdarı deyiləm”. Deməliyik ki, Skoflidin səylərinə baxmayaraq, “Möminlər küçəsi” ona xas olan çox yüksək meyarlarla müqayisədə aşağı səviyyədədir. Gəlin, səbirli olaq və ümid edək ki, Skofildin növbəti işi daha uğurlu olacaqdır.

3. Corc Benson

İcmal: “Mahnılar və hekayələr” - əfsanəvi cazmen Corc Bensonun çoxsaylı əla işlərinin sonuncusu belə adlanır. Neçə müddətdir ki, onun gitarada ifası və vokal fəaliyyəti yüksək səviyyədə qalır, sənətçinin bu kolleksiyaya yaradıcı yanaşması isə onu göstəir ki, Benson bu zirvəni tərk etməyə hazırlaşmır.

Yaxşı caz musiqisini dinləməyi xoşlayanlar Corc Bensonu müşayiət edən dəvət olunmuş artistləri çoxdan tanıyırlar. Qreq Filinqeyns və Devid Payx klavişli alətlərdə, Cubu və Li Raytnour gitarada çalır, Patti Ostin isə vokalçılardan biridir. Layihəyə başqa məşhur artistlər də dəvət olunmuşdur. Onların hər biri həm solist kimi, həm də qrup formatında çox gözəl çıxış edir.

Bu mükəmməl kolleksiya 12 mahnıdan ibarətdir – “Bu gecə məni tək qoyma”, “Ailənin yenidən qovuşması”, “Sevgini mənə göstər”, “Telefon zəngi”, “Bir vaxt biz hamımız azad olacağıq”, “Yalnız əyləncə”, “Soyuqda dayanma”, Markus Millerin zəngin təxəyyülünün məhsulu olan “Ekzotika”, “Corciyada yağışlı gecə”, “Sənə oxşar birisi”, “Ali hisslərlə yaşayaq” və Kristofer Krossun “Dəniz səyahəti” mahnıları. Bu əsərlərin hər biri dinləyicini valeh edir, onu əsrarəngiz caz aləminə aparır...

Əgər siz Corc Bensonun yaradıcılığının pərəstişkarısınızsa, hökmən bu albomu öz evinizdəki kolleksiyaya əlavə etməlisiniz. Ümumiyyətlə, əfsanəvi cazmenin ən yaxşı işlərindəndən biri olan bu albom sizə böyük zövq verəcəkdir.

4. Miroslav Vitosun qrupu

İcmal: Bu, “Hava proqnozu” kompozisiyasına növbəti ehtiram əlaməti deyil. Həqiqi sənətkar, basist Miroslav Vitos bu dəfə çox akustikalı ansambla müraciət etmiş, hələ 1970-ci ildə “Hava proqnozu” kompozisiyasını yaradarkən tətbiq etdiyi priyomlara bir daha müraciət etmişdir. Albomun annotasiyasında qeyd edildiyi kimi, basist müxtəlif çalğı alətlərinin hüquq bərabərliyinə nail olmağa çalışır. Ona görə də bu proqram demokratik mərkəziyyət yanaşmasına, qrup üzvlərinin qarşılıqlı fəaliyyətinə əsaslanır. Burada hər bir alət maestronun geniş əhatəli planının tərkib hissəsidir.

“Hava proqnozu” kompozisiyasına xas olan fyujn (caz ilə rok musiqisini birləşdirən stil) burada hiss olunmur, lakin 39 ildən sonra Litasın ifasında və dünya görüşündə qeyri-adi yeniliklər özünü göstərir. Onun musiqisi yeni bir karkas təbliğ edir, burada metamorfik və əbədiyaşar incəsənət növünə əsaslanan musiqiyə təkan verən məntiqi pillələr ardıcıllığı hiss olunur.

5. ”Sarı jaketlər”

İcmal: “Yeni səhər” – baxmaq və dinləmək üçün əvəzsiz olan yeni disk belə adlanır. “Sarı jaketlər” qrupunun istedadını nümayiş etdirən bu disk caz auditoriyası üçün də ideal töhfədir. Diskə 2008-ci ilin mart ayında Parisdə baş tutmuş bir konsert yazılmışdır. 12 hissədən ibarət olan bu konsertin hər bir bölməsi mükəmməllik nümunəsidir. İnanın ki, bu diski dinləməyə sərf etdiyiniz vaxta görə heyfislənməyəcəksiniz. Məcmuəyə 12 mahnı daxil edilmişdir – “Ağa”, “Keyptaun”, “Cazı sevən oğlan”, “Sülh duası”, “Köndələn axın”, “Dyui”, “Bu əllərimlə”, “Azadlıq diyarı”, “Evenin mahnısı”, “Dauntaun”, “Çayın şəfası”, “Axşam xəbərləri”. Bu diski əldə edən hər kəs orada xoşladığı mahnıları tapacaqdır. Bir sözlə, “Sarı jaketlər” burada bütün bacarığını göstərir! İfaların klassikliyi öz yerində, konsertin təşkil edildiyi məkan kimi Parisin seçilməsi də çox uğurlu qərardır. Burada həm unudulmaz caz təcrübəsi, həm də mükəmməl tamaşa vəhdət təşkil edir!

6. Qari Barton - Pat Meteni – Stiv Svolou – Antonio Sançes

İcmal: Bu diskdə mənim cavanlıq illərində çox xoşladığım iki diskdən seçmələr toplanmışdır. Bunlardan biri 1976-cı ildə “ECM Rekords” şirkəti tərəfindən buraxılmış “Real arzular”, ikincisi isə 1977-ci ildə o vaxt hələ çox gənc olan vunderkind gitaraçı Pat Meteninin ifa etdiyi “Sərnişinlər” mahnısıdır. 2009-cu ildə buraxılmış diskdə Oklenddəki “Yoşi” caz klubunda keçən günləri bir daha yada salmaq, həm də o dövrün musiqi magiyasını canlandırmaq cəhdidir. Qrupun birinci basisti Stiv Svolou burada Meteninin qrupunun indiki heyətində zərb alətlərində çalan Antonio Sançes ilə birgə çıxış edir.

Bu kvartet həqiqətən tələbkar tamaşaçıların zövqünü oxşaya bilmişdir. Qrup üzvlərinin yaşını nəzərə alsaq, əvvəlki çılğınlıq indi hiss olunmur, lakin musiqiçilər heç kəsin belə fikrə düşməsinə imkan vermir. Bir sözlə, onlar melodiyaların uzlaşdırılması və teksturaya cəlbedici dəyişikliklər edilməsi üçün harmonik əlaqə yaratmaqla bu materiala yeni həyat bəxş edə bilmişlər.

7. Vinton Marsalis

İcmal: Dyk Ellinqtondan sonra Vinton Marsalisin ən böyük caz bəstəkarı olması şübhəsiz faktdır. Marsalis ümumi ideya və fəlsəfi başlanğıcın köməyi ilə idarə edilən böyük strukturlu formal işlər yaratmaq sahəsində xüsusi istedada malikdir. Bu istedad mövzunun yalnız Marsalisə xas olan harmonik məzmunu ilə çox gözəl bir tərzdə əlaqələndirilmiş mükəmməl formalarda təzahür edir. Marsalis bəstəkar kimi ənənəvi cazın çərçivəsindən kənara çıxmağı bacarır, Lakin bununla bərabər musiqi tarixinin qədim ənənələrinə sadiq qalır. Buna görə də təsadüfi dinləyicilər onun kompozisiyasının həqiqətdə nə dərəcədə dolğun olduğunu anlamaya bilərlər.

“Şəhərdə hərəkət” və “Tarlalarda qan izi” – bu iki əsər bugünkü caz bəstəkarlarının çoxunda çatışmayan bir cəhəti – xarakterin dərinliyini təmin etmək üçün bir-birinə uyğunlaşdırılmış çoxseksiyalı musiqi nümunələridir.

Ümumiyyətlə, Marsalisin işlərinin çoxu kimi bu albom da onun – musiqi tarixinə hörmət bəsləyən, musiqini dərindən öyrənmək arzusunda olan gənc musiqiçilərin interpretsiyasında caza münasibətin təsdiqidir.

8. Ueyn Şorter

İcmal: “Verv Rekords” studiyasında 1995-ci ildə saksofonun canlı əfsanəsi Ueyn Şorterin yazdırdığı “Ali həyat” albomu 1997-ci ildə ən yaxşı müasir caz nominasiyasında “Qremmi” mükafatına layiq görülmüşdür. Bu, klavişli alətlərdə çalan Reçel Zed, basist və prodüser Martus Miller və başqalarının iştirakı ilə “hava proqnozu” qrupunun yeddi il ərzində ilk solo çıxışı idi. Şorterin ifasına xas olan mürəkkəb tonallıqlarla fərqlənən üslub özünü burada da aşkar göstərmişdir. Tənqidçilər isə bu albomu çox fərqli mövqelərdən qarşılamışlar. Bununla belə 1996-cı ildə Montrödə keçirilmiş beynəlxalq caz festivalında həmin qrupun iştirakı ən yaxşı qastrol qrupu olmasını nümayiş etdirmiş, Şorter “Ali həyat” üçün səciyyəvi olan ən yaxşı cəhətlərin hamısını bu qrupda təcəssüm etdirmişdir. Pianoçu Herbi Henkok, basist Stenli Klark və zərb alətlərində çalan Omar Hakim ilə əməkdaşlıq, eləcə də daha əvvəl – 1991-ci və 1992-ci ildə Montrö caz festivallarında Kvinsi Cons ilə birgə çıxışları Şorterin xeyrinə olmuşdur.

1991-ci il kolleksiyası Şorterin “İzlər” adlı klassik əsərinin ansambl üçün hərtərəfli improvizasiyası ilə əlamətdar idi. Müvafiq artistlərin solo nömrələri bu əsəri daha da rövnəqləndirir. Həmin nömrələr saksofonçunun “Kəhkəşan yolu” ekspressində daha çox nəzərə çarpırdı, indi isə Henkokun əl sintezatorunda ifası bütün proqramın effektini zəiflətmişdir. Bununla belə, həmin diskin təməlini təşkil edən yüksək improvizasiya dinləyicini valeh edir.