KEYT CARRET

Allentaunda (Filadedfiya ştatı) musiqiçilərin böyük ailəsində dünyaya gəlmiş Carret fortepianoda çalmağı öyrənməyə başlayanda onun cəmi üç yaşı vardı. Carretin yeddi yaşı tamam olanda isə o artıq solo konsertlər verirdi. Sonradan zərb alətlərində, soprano-saksofonda və vibrofonda da çalmağı öyrənmişdi. Dərsdən kənar vaxtlarda o, peşəkar ifaçı kimi, müntəzəm olaraq çoxsaylı konsertlərdə çıxış edirdi. 1962-ci ildə Bostona köçüb gedən Carret orada bir il Berkli Kollecində oxuyandan sonra öz triosunu yaratdı və Bostonda peşəkar ifaçılıqla məşğul olmağa başladı. 1965-ci ildə o, Nyu-Yorka köçüb getdi. Carret burada xeyli çalışandan sonra, nəhayət, onun ifaçılıq məharəti Art Bleykinin diqqətini cəlb etdi. Elə həmin ilin dekabr ayında o, Art Blakey's Jazz Messengers qrupuna daxil olub bir neçə ay orada çalışdı, 1966-cı ilin yazında isə Çarlz Lloydun yaratdığı kvartetə qoşuldu. 1966-cı il yayın axırlarında Lloydun kvarteti caz aləmində sensasiyaya çevrilmişdi. Növbəti ildə bu orkestr həmin dövrdə rok hərəkatının mütərəqqi meylləri sayəsində yaranan incə musiqi zövqünə ən çox müvafiq olan yeni səviyyəyə yüksəldi. Carret Lloydla birlikdə dünyanın ən müxtəlif yerlərində keçirilən festivallarda ifaçılığını nümayiş etdirir, müntəzəm olaraq bu kvartetin sadiq tamaşaçı auditoriyasının yarandığı Fillmore West-ə gedirdi. 1966-cı ildə onların Monterey festivalında (Monterey Festival), Forrest Flower (Atlantic) çıxışının lent yazısı bir milyon nüsxədən artıq tirajla satılmışdı.

Keyt Carret

1969-cu ildə Lloyddan aralananda Carret pianoçu kimi çox məşhur idi: O, Çarli Heyden və Pol Motianla birlikdə bir neçə trio albomu, o cümlədən, Neşui Erteqanın Atlantic-dən ayrılmış Vortex qrupu üçün Life Between The Exit Sings adlı albom (1968) yazdırmışdı. 1971-ci ildə saksofonçu Dyui Redmen də bu trioya qoşuldu və bundan sonra həmin kollektiv kvartetə çevrildi. O dövrdə Mayls Devisin elektron musiqisinə çox maraq göstərən Carret nəhayət, akustik musiqini seçdi. Carret 1971-ci ildə Facing You (ECM) adlı ilk solo albomunu buraxandan sonra da öz kvarteti ilə işi davam etdirirdi (sonradan bu kvartet "Amerika kvarteti"
1973-cü ildə Carret fortepianoda bir sıra solo əsərlər ifa etməyə başladı. O, tamamilə improvizə edilmiş solo konsertlərini dəb salan və onlara tələbatı yüksək səviyyədə saxlayan ilk caz musiqiçisi oldu. Bəzən o, tamaşaçıların diqqətini cəlb etmək məqsədilə bir saat və daha artıq müddətdə fasiləsiz olaraq çalırdı. 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində intensiv qastrol səfərlərində məhz bu metoddan istifadə edən Carret 1980-ci illərdə öz kompozisiyalarını yazmağa başladı və başqalarının da bunu etmələrinə icazə verdi. O, Hari Pikok və Cek De Connetlə birlikdə qədim Brodveyin standartlarını tədqiq etməyə başladı və bu məqsədlə

Keyt Carret

Standards Trio adlı üçlük yaratdı. Bu üçlük hələ də vaxtaşırı tamaşaçılar qarşısında çıxış edir.
Solo çıxışlarının sayını bir qədər azaldan Carret əsas diqqətini başqa layihələr üzərində cəmləşdirir: 1991-ci ildə o, bir qədər əvvəl vəfat etmiş Maykl Devisə ithaf etdiyi ən birinci və ən təsirli kompozisiyalarından birini (Bye Bye Blackbird, ECM) lentə yazdırmış, eyni zamanda klassiklərin, o cümlədən Baxın və Şostakoviçin əsərlərini ifa etmiş və lentə yazdırmışdır. Bu yaxınlarda Carretin daha bir uğurlu layihəsi həyata keçirilmişdir: o, Nyu-Yorkdakı "Blue Note" klubunda öz triosu ilə birlikdə dörd gecə verdiyi konsertdə ifa olunmuş əsərləri 6 kompakt disk şəklində yazdırmışdır. Bu disklərin sayəsində dinləyicilər həmin dörd gecədə yaşadıqları bütün musiqi anlarını bir daha eşitmək və bütövlükdə trionun ifasının inkişafını izləmək imkanı əldə edir. Bu gün Carret ən məhsuldar və sadiq musiqiçilərdən biridir.
İnanırıq ki, onun musiqisi hələ uzun illər boyu dinləyicilərin qəlbini fəth edəcəkdir.
kimi tanınmışdı, çünki o, saksofonçu Yan Qarbareklə birlikdə Avropada da buna oxşar başqa bir kvartet yaratmışdı).