TOFİQ QULİYEV

Tofiq Quliyev 7 noyabr, 1917-ci ildə Bakı şəhərində anadan olmuşdur. Tofiqin valideynləri yüksək dərəcədə ziyalı insanlar idi, onların incəsənətə böyük məhəbbəti olduğundan, onlar öz uşaqlarının hamısına musiqi təhsili verə bilmişdilər, baxmayaraq ki, ailədə uşaqların sayı çox idi. Lakin, uşaqlardan ən istedadlısı və ən qabiliyyətlisi Tofiq idi. O, kamil musiqi qavrama qabiliyyətinə və fenomenal musiqi yaddaşına malik olan bir şəxs idi, o, eşitdiyi musiqi parçallarını dərhal pianoda ifa edə bilirdi.
1934-cü ildə Tofiq Quliyev A.Zeynallı adına musiqili məktəbə daxil oldu, və onu bitirdikdən sonra Azərbaycan klassik musiqisinin banisi olan dahi Üzeyir bəy Hacıbəyovun köməkliyi ilə Moskvaya bir qrup istedadlı yeniyetmələrlə göndərilir. Məhz orada Tofiq Quliyevdə caz musiqisinə çox böyük maraq yaranır. O, bu janrın dərinliklərini öyrənməyə başlayır, improvizə etməyi və nəzəriyyəsini öyrənir. Çox istedadlı tələbə kimi, o, Ümumittifaq caz orkestrinin rəhbəri Aleksandr Sfasmanın diqqətini çəlb edib, orada pianoçu işləməyə başlayır. Çox qısa müddətdə Tofiq Quliyev orkestrin ən yaxşı musiqiçilərindən biri kimi tanındı.

Tofiq Quliyev

Tofiq onun üçün peşəkar caz musiqisi məktəbi olmuş, A.Sfasmanın orkestrində böyük təcrübə alaraq, Bakıya qayıtdı. Burada o, çox istedadlı dirijor və musiqi dünyasının avtoriteti Niyazi ilə birlikdə özünün caz orkestrini yaradır. Şübhəsiz ki, Tofiq Quliyevin istedadı çoxtərəfli və təkrarsız idi. O, Azərbaycanda yeni mədəniyyətin pioneri və yaradıcısı idi. Onu musiqidən bərk yapışan və idarəçilik qabiliyyətinə malik bir şəxsiyyət kimi səciyyələndirmək olar. Onun yaratdığı orkestr ifa mədəniyyəti, peşəkarlıq və gözəl caz ifası ilə güclü surətdə fərqlənirdi. Bu orkestrin musiqiçilərindən bir çoxu sonralar Sovet İttifaqının müxtəlif caz kollektivlərində fəaliyyət göstərirdilər. Saksofonçular Pərviz Rüstəmbəyov və Tofiq Əhmədov, əvvəlcə Boris Renskinin orkestrinin solisti, sonralar isə Sovet İttifaqında birinci myüzik-hollun musiqi rəhbəri olan truba çalan İsmayıl Kələntərov və başqaları - onların hamısı Tofiq Quliyevin caz məktəbinin yetirmələridir.

Tofiq Quliyev və Vaqif Mustafazadə

Təəssüf ki, bu orkestrin ömrü qısamüddətli oldu. Az vaxt keçəndən sonra20-ci əsrin ən qorxulu faciəsi özünün bütün dağıdıcı qüvvəsi ilə üz verdi. İkinci dünya müharibəsi başlandı və bu zaman musiqiçilərin ən yaxşı keyfiyyətləri, onların Vətənə sədaqəti, qorxmazlığı və cəsarəti aşkar oldu. Bütün orkestr bir nəfər kimi cəbhədə idi, və 402-ci Zaqafqaziya atıcı diviziyasının orkestri oldu. Orkestr hamı üçün çətin olan bu dövrdə hərbi qulluqçularda döyüş ruhunun yüksəldilməsinə görə xüsusi nüfuz və təşəkkür qazandı.
Müharibədən sonra Tofiq Quliyev öz musiqi təhsilini davam etdirir və Moskva Dövlət Konservatoriyasına daxil olunur. Həyatı boyu Tofiqin xasiyyətinin fərqlənən cəhətləri onu vadar edirdi ki, başqalarının öz boynuna
Tofiq Quliyev

götürmədiyi işlərdən yapışsın. Təhsil illəri elə də asan deyildi, lakin çox maraqlı idi. Tofiq həm dirijorluq, həm də fortepiano siniflərində oxuyaraq, eyni zamanda iki fakültədə təhsil alırdı.
Aspiranturanı bitirdikdən sonra, o Bakıya qayıdır və işə başlayarkən musiqi istiqamətini dəyişir, bu da tamamilə düzgün hərəkət idi. Artıq tələbə illərindən onun qəlbində yalnız onun özünə mənsub olan musiqi yaşayırdı, onu heç zaman və heç kəs eşitməmişdi, o, Tofiq Quliyev musiqisi idi. Onun bəstəkarlıq qabiliyyəti həmişə üstün gəlirdi, və bu da sonralar musiqiçinin həyatında həll edici oldu. Bu, tanrıdan gələn həmin həqiqət idi və sonralar Azərbaycan mədəniyyətinin Qızıl mahnı Fonduna daxil olmuşdu. Sonralar Tofiq Quliyevin əsərlərini Bülbül, Rəşid Behbudov, Şövkət Ələkbərova kimi bütün dünyada sevilən və dünya şöhrətli və əfsanəvi olan solistlər, Eddi Roznerin məşhur orkestri, və başqa dünya səviyyəli orkestrlər ifa edirdilər. Bununla yanaşı, Tofiq Quliyev özünü klassik əsərlərin istedadlı müəllifi və çox gözəl dirijor kimi də göstərdi. Onun musiqisi dünyanın bir çox ölkələrində dinləyicilər tərəfindən sevildi və müəllifə böyük nüfuz gətirdi.
Kinofilmlərə çoxsaylı musiqi parçaları yaradan zaman Tofiq Quliyev Rafiq Babayev, Vaqif Mustafazadə və başqa caz musiqiçilərlə əməkdaşlıq edirdi. Onun musiqisi xüsusi ruh yüksəkliyi və yenilik gətirək, sonralar bu filmləri Azərbaycan kinosunun klassikasına çevirdi. Jaz musiqisilə maraqlanan illər Tofiq Quliyevin onda caz musiqiçilərinə qarşı nostalji hisslər və xüsusi rəğbət yaratmışdı: o, onları dəstəkləyirdi, konsert və müsabiqələr təşkil edirdi ki, bu da böyüyən nəsl üçün həvəs və maraq oyadan amil idi.
Tofiq Quliyev qeyri-adi enerji və zəka sahibi idi. İctimai və siyasi fəaliyyətlərində müvəffəqiyyət qazanmış bir şəxsiyyət kimi, Tofiq Quliyev Azərbaycan Dövlət Filarmoniyasının direktoru təyin edilmişdi və sonralar Azərbaycan Respublikasının Parlamentinə deputat seçilmişdi. Vətən qarşısında xidmətlərinə görə Dövlət Mükafatı laureatı adına layiq görünmüşdü və ona Azərbaycan Respublikasının Xalq Artisti Fəxri adı verilmişdi.

Tofiq Quliyev

Yaşına baxmayaraq, Tofiq Quliyev son günlərinə qədər Bakı Musiqi Akademiyasının professoru kimi fəaliyyət göstərərək, eyni zamanda, o, bəstəkarlar İttifaqının Sədri idi. Jaz sənətinin inkişafına Tofiq Quliyevin töhfəsi qiymətsiz və əvəzedilməzdir. Biz onun xatirəsini dərin hörmətlə yad edir, və misilsiz musiqiçinin ölməz irsi qarşısında baş əyirik.
aliyyət göstərərək, eyni zamanda, o, bəstəkarlar İttifaqının Sədri idi. Jaz sənətinin inkişafına Tofiq Quliyevin töhfəsi qiymətsiz və əvəzedilməzdir. Biz onun xatirəsini dərin hörmətlə yad edir, və misilsiz musiqiçinin ölməz irsi qarşısında baş əyirik.

Rain Sultanov