NATALİ KOL

Sehrbazlığın musiqi kamilliyi ilə gələn bir növü də mövcuddur. Bu, anadangəlmə sərbəstlik, tanrı tərəfindən verilmiş bilikdir.
Yaradıcılığının çiçəklənən dövrünü yaşayan Natali Koulun kamil sənətkarlığı özünü onun "Ask a Woman who Knows" adlı albomunda bütünlüklə ğöstərmişdir. Bu albom ən əvvəl üç il ərzində onun üçün (Verve Records) - son dərəcə vacib debyut olmuşdur. Koulun heç bir qüvvə sərf etmədən həmişəki emosionallıqla cazla pop musiqisini birləşdirmiş olduğu toplu 2002-ci ildə onun mahnılarına yeni səs vermişdir. "Unforgettable With Love" orijinal albomun prodüsseri Tommi Li Puma tərəfindən diggəttlə seçilən bu toplu 1991-ci ildə milyon tirajlarla satılmış və çox sayda "Gremmi" mükafatına layiq görülmüşdür. (Onun atası, əfsanəvi musiqiçi Nat "King" Cola həsr edilmişdir).

Onun bir sıra mahnıları, məsələn, bəstəkar Sercio Mendesin Alan və Merilin Berqmanovların sözlərinə yazdığı, "So Many Stars" və "The Music that Makes Me Dance", Merrill Staunun "Funny Girl" filminə yazdığı məşhur bəstəsi musiqisevərlərə tanış gələ bilər, ancaq onun ilk dəfə Dina Vaşinqtonun ifasında lentə alınmış kədərli "I Haven't got Anything Better To Do" bəstələrini bu albomun mirvariləri adlandırmaq olar.

Natali Kol

Öz vətənində yaxından tanıdığı musiqicilər kvintetilə birgə bir neçə bəstədə o, nəfis orkestr oranjimanından istifadə etmişdir. Eyni adla adlandırdığı "I Told You So" Kleyton Hameltonun orkestrinin müşayət etdiyi big-bend caz kompozisiyasında Con Kleytonun oranjimanında (The Clayton-Hamilton Orchestra) ilk dəfə Sara Vogenin ifasında eşitdiyi "It's Crazy" və "Soon" kimi mahnıların hər birində o öz hisslərini- sass, swing və soulla ifadə etmişdir.

Təbiətin Natali Koula bəxş etdiyi lirik şərhə, Li Pumanin sənətkarlıqla verdiyi tərtibata Co Sampla, Roy Xargrouv və Kristian Makbrayd (bas gitara), Con Pisano (gitara), Pon Maunsi (klaviş alətləri), Luis Neş (zərb alətləri) kimi mükəmməl musiqiçilərin işi ilə bu albom məhəbbəti müxtəlif aspektlərdən təsvir edən on üç mahnıya yeni həyat verir.
"Ask a Woman Who Knows" albomu Koul üçün xüsusidir. Bu albomdakı musiqi çox romantikdir və o mənə həyat yoldaşımla aramızdakı qarşılıqlı münasibəti xatırladır. Ilk dəfə Saranın ifasında eşitdiyim "You're Mine You" və Nina Simonun sayəsində məşhurlaşan "My Baby Just Cares For Me" mahnıları biz onları lentə alarkən yaşadıqlarımızı əks etdirir. Öz səsimə uyğun olaraq mən "My Baby Just Cares for Me" mahnısında bəzi dəyişiklər etsəm də bəstədəki əhval-ruhiyyə olduğu kimi saxlanılmışdır. Bu albomda olan digər mahnılar kimi bu mahnı da bizim münasibətlərimizin xoşbəxt anlarından söhbət açır.

Natali Kol

Koulun sözlərinə görə Maykl Frenksin "Tell Me About It" adlı mahnısının onun üçün böyük şəxsi əhəmiyyəti vardır. Bu mahnı "Passionfruit" 1983-cu il albomundandır. "Həyatımın çətin dövrlərini yaşadığım zaman bu mahnılar mənə sakitləşdirici təsir göstərmişdir". Alan Brodbentin "Better than Anything" üçün oranjimanı da albomun müsbət cəhətlərindəndir.

Natali Kol

1960-cı illərin ortalarında ilk dəfə Iren Kroll tərəfindən ifa edilmiş mahnıya onun Diana Krolla dueti çox uğurlu olmuşdur. - Konsert zamanı Diana ilə tək görüşdüm, ondan mənimlə hər hansı bir mahnını oxumaq istəyib-istəmədiyini soruşdum. Bu çox gülməli çıxdı. Siz bunu sonralar bizim bir-birimizlə kiçik qızlar kimi söhbətlərimizdə eşidə bilərsiniz.
Natali Koul lirik mahnılardan dini mahnılara qədər öz işlərini ritm və blyuz növündə qoymağı bacaran musiqi stilistidir. "Verve Records" albomunda olan bir-neçə mahnısı onun vokal keyfiyyətlərinin bir çağırışıdır: "Mən bu mahnıları heç zaman basqa birisinin ifasında eşitmədiyimdən özüm nəsə yaratmalı olurdum. Səsin tonallığı mahnıların əsl mahiyyətini qabarıq şəkildə əks etdirir ki, bu da onların daha da gözəlləşməsinə gətirib çıxarır."
Natali Kol

1988-ci ildə "Bagdad Cafe" filminə yazılmış saundtrek "Calling You" mahnısının şərhi onun yanar qəlbini dolduran kədərə hakim olmuş və o bu kədəri az tanınmış, ilk dəfə DiDi Uorvikin ifasında lentə alınmış "I Haven't Got Anything Better To Do" mahnısına gətirmişdir. Koul bunu belə aydınlaşdırır: "Biz bu albomu lentə alarkən mən Dik La Palmla işləyirdim. O, atamın dostudur və mahnı seçməkdə bizə kömək edir. O mənə 60-70 mahnı göndərmiş, bu mahnılardan yalniz az tanınmışların, yəni, müğənnilərin kohnə fanatlarına tanış olanlarını çıxmaq şərtilə hər birini dinləmişəm".

Öz işi ilə musiqi dünyasına təsir göstərən 1975-ci ildə iki dəfə "Qremmi" mükafatına layiq görülən "Inseparable" adlı debyut albomu ilə zəngin uğurlar qazanan Koul "Verve Records"la qarşılıqlı munasibətə başlayır. XX-ci əsrin tanınmış vokalçılarından birinin qızı olan Koul hələ erkən yaşlarından Ella Fitscerald, Vogen və Dina Vaşinqtonla tanış olmuşdur. Yeniyetməlik yaşına çatanda o, eləcə də Areta Franklinin könül nəğmələrinə, rok-n-roll (Bitlz və Rollinq Stounza) qulaq asırdı.

Koulun musiqi seçimində bu ifaçılarin təsiri olmuşdur. Muğənninin pop musiqisinə, roka, blyuz və dini musiqilərə olan məhəbbəti onun musiqi mirası ilə birləşmiş və yalnız ona məxsus olan yüksək vokal tərzi yaratmışdır. Onun mahnıları yazılmış albomu alan kutlə ani olaraq sarsılır. 1976-cı ildə "Best New Artist" nominasiyasında "Qremmi" mukafatlarını qazanan Koul 15 il ərzində 30 reytinq sinqlla birgə, indi "This Will Be", "I've Got Love on My Mind", "Our Love", 80-ci illərdə isə "Pink Cadillac" və "I Miss You Like Crazy" mahnılarını lentə yazdırmışdır.

Natali Kol

NAASP Image və Soul Train Awards daxil olmaqla, saysız-hesabsız ad və mükafatlara layiq görülmüş Koul bütün dünyada musiqisevərlərin məhəbbətini qazanmışdır ki, bu məhəbbətin nəticəsi Koulun albom-bestsellerinin buraxılması olmuşdur. Bu albomların cərgəsinə 1976-ci ildə buraxılmış "Natalie" (qızıl), 1977-ci ildə "Unpredictable" və "Thankful" (hər ikisi platin) və 1979-cu ildə "I Love You So" (qızıl) daxildir.

Koulun karyerası 90-ci illərin əvvələrində daha yüksəlmişdir. Onun "Unforgettable, With Love" albomu tənqidçilər tərəfindən iltifatla bəyənilmiş, bütün dünyada 14 milyon nüsxədə satılmış və yeddi "Qremmi" mükafatı qazanmışdır. Uğurlu satışı ilə yanaşı bu albom dünya miqyasında tanınmış olan ifaçını daha yüksək zirvəyə ucaltmışdır. Atasının ifasında tanınmış mahnıları ifa edərkən o, konsertdə bütöv bir orkestrlə görünür və Koulun atası ilə duet şəklində oxuduğu "When I Fall in Love" mahnısının daxil olduğu 1993-cü ildə buraxılan "Take a Look" və 1996-cı ildə buraxılan "Stardust" albomları özündə pop musiqisi və caz pərəsdişkarlarını birləşdirən dinləyici auditoriyası tez bir zamanda genişlənir.

Uğurlu "Ask a Woman Who Knows" adı ilə tanınmış albom Natali Koulun yeni ifaçılıq axtarışlarında olduğunun şahididir. "Bir artist kimi böyümək və eksperiment etmək mənim xoşuma gəlir - bu tamaşanı bir qədər yüksəltməyə bərabərdir. Bu albomun köməyi ilə mən məhz buna nail olmuşam". Koulun "Verve Records" la müqaviləsi muğənninin musiqi səfərlərində yeni mərhələyə başlamasından xəbər verir. "Insanlar deyirlər ki, mən öz musiqimdən yalniz ona gorə cavan görünürəm ki, mənim mahnılarım məndən yaşlıdır. Güman edirəm ki, mənə öz gənc görkəmimi qoruyub saxlamaq müyəssər olacaq" - deyən müğənni gülür. "O mənə bu gözəl mahnıları dinləməyə yıgışan daha geniş auditoriyaya daxil olmağa imkan verir".

Natali Kol

Natali Koulun albomu həmişə olduğu kimi ona məxsus bir tərzdə - məhəbbətlə hazırlanmışdır.