EL CERROU

El Cerrounun unikal vokal stili dünyanın ən qiymətli incilərindən biridir. Onun novator ifa manerası bu sənətçini zəmanəmizin ən çox ehtiram bəslənən və coşqun alqışlanan ifaçılarından birinə çevirmişdir.



1977-ci ildə "We Got By" adlı ilk albomu işıq üzü görəndən sonra onu rəsmən qəbul etdilər. Həmin ildə o, ən yaxşı caz vokal ifasına görə özünün ilk "Qremmi" mükafatını almışdır. 1986-cı ildə El Cerrou "Lis For Lover" adlı növbəti albomunu buraxdı. Bu albom müğənninin repertuarına yeni səslər gətirdi.


Iki il dünyanın müxtəlif guşələrində qastrol səfərlərindən sonra musiqiçi studiya işinə qayıtdı və nəticədə "Heaven and Earth" (1992) adlı yeni albom yarandı. Bu alboma görə o, ən yaxşı R&B vokal ifaçılığı nominasiyasında sayca beşinci "Qremmi" mükafatına layiq görüldü.

1996-cı ildə El Cerrou özünün 20 illik musiqi karyerasına bir növ yekun vuraraq "Best of al Carreau" adlı ilk toplusunu buraxdı. Musiqiçi həm də "Hollywood Walk of Fame" ulduzu ilə təltif edilmişdir. Bu, sənətçinin yeni müğənnilər nəslinin ən yaxşı nümayəndələrindən biri statusunu bir daha təsdiqləyirdi.