UDAY MAZUMDAR

Əslən Benarez Qharandan olan bu fitri istedadlı tablaçı allahabadlı musiqiçilər ailəsində doğulmuşdur. Onun atası Parto Sarati Mazumdar Hindistanda ilk klassik gitaraçılardan biridir.

Uday Mazumdar

Uday əvvəlcə vokal ifaçılığı ilə məşğul olurdu, sonra isə tabla adlı musiqi alətinin ritmikasına və ifa imkanlarına alüdə oldu. Uday bu alətlə ilk dəfə tanış olanda onun 5 yaşı vardı. 1981-ci ildə Uday əfsanəvi Pandit Kante Maharacın ən yaxşı şagirdlərindən biri olan Pandit Aşotoş Bhattacaryaya müraciət edərək, musiqi sahəsində biliklərini genişləndirmək və dərinləşdirmək arzusunda olduğunu bildirdi. 1989-cu ildə Uday Dehliyə köçür və orada sitara ustası Pandit Ravi Şankarın şagirdi olur və ondan tabla alətində müşayiətçiliyin sirlərini öyrənməyə başlayır. İllər keçdikcə Mazumdar parlaq ifası ilə seçilən tablaçıya çevrilir. Klassik musiqiyə marağı və Hindistan ənənələrinə sevgisi Udayın həm gözəl müşayiətçi, həm də solist olmasına kömək etdi.

Uday Mazumdar

Bu qabiliyyətlərini səhnədə çox uğurla uzlaşdıran Uday çalğı alətini musiqinin tərkib hissəsinə çevrilməyə məcbur edir. Uday həm Hindistanda, həm də onun hüdudlarından kənarda musiqi həyatında fəal iştirak edir. Bir tərəfdən bəstəkarlıqla, digər tərəfdən dərs deməklə məşğul olması onun həm Pandit Aşotoş Bhattaçaryanın, həm də Pandit Ravi Şankarın yanında təhsilini davam etdirməsinə mane olmur.
Uday Mazumdar

Uday Hindistanın milli televiziya və radio kanallarında tez-tez çıxış edir. Hindistanda tez-tez səyahətə çıxan bu sənətçi həm də "Durgalal Festival", Delhi, "The Spartak Festival", Ahmedabad, "Vasantahabba Festival", Bangalore və digər müxtəlif festivallarda çıxış edir. O, dəfələrlə xarici ölkələrdə keçirilən müxtəlif festivallarda, o cümlədən Macarıstanda "The International Folk Festival Hungary", Almaniyada "International Drum Festival", Romada (İtaliya) "World Music Festival" festivallarında, eləcə də Çernobıl qəzası qurbanlarının xeyrinə Minskdə keçirilən Beynəlxalq xeyriyyə festivalında, Monqolustanda, Ukraynada, Qırğızıstanda və Azərbaycanda keçirilən beynəlxalq müasir musiqi festivallarında çıxış etmişdir.
Udayın çıxışları müxtəlif radiolar ("Radio DRS", Switzerland; Radio France və BBC radiosu) tərəfindən lentə yazılmış və translyasiya edilmişdir. O həm də "Echoes from India", "Fulfillment", "Reverberations - I", "Musik der Welt Bern" və "ShankaRagmal" adlı disklərin yazılışında iştirak etmişdir (bu disklərin hamısı Pandit Ravi Şankarın 80 illik yubileyinə həsr olunmuşdur).
Uday öz çıxışlarında tamaşaçı ilə ünsiyyət saxlamaq üçün tablanın universal dilindən istifadə edir. Musiqi tənqidçiləri tərəfindən geniş rezonansla qarşılanmış bu çıxışlar çoxsaylı müsbət rəylər qazanmışdır.