FREYZER FİFİLD

Freyzer Fifildin 29 yaşı var. Hələ uşaq yaşlarında ikən volın alətində ifa etməyi öyrənmiş Freyzer çoxsaylı müsabiqələrin laureatı olmuşdur. Ənənəvi şotland motivlərindən ilham alan sənətçi soprano-saksofonda və rekorderdə çalırdı. Sonradan o, səslənmə diapazonunun daha aşağı olması ilə fərqlənən "aşağı fleyta" adlı nəfəs alətində çalmağa başlamış və bu alət onun əsas ifa alətinə çevrilmişdir. Fifild ənənəvi ifa stili ilə yanaşı müxtəlif janrlarda istifadə edilən özünəməxsus ifa texnikası yaratmışdır.
Freyzer saksofonda çalmağı "Royal Scottish Academy of music and drama" Akademiyasında (Qlazqoda) Co Peysvitzdən və Bobbi Uişertdən əvvəlcə klassik ifaçı kimi öyrənmiş, sonra isə bu Akademiyanın caz və improvizə üslubunu seçmiş ilk məzunu olmuşdur. O vaxtdan unikal musiqiçi sayılan Freyzer qədim kent musiqisi ruhu duyulan kompoziyalarında ənənəvi musiqi ilə caz improvizələrini birləşdirən bənzərsiz musiqiçidir. Onun 2002-ci ildə işıq üzü görmüş ilk albomu tənqidçilər tərəfindən müsbət qarşılandı.

Freyzer Fifild

Bu albom çıxandan sonra iki musiqiçi - Qreym Stefen (elektrik gitarası) və Kriss Drever (akustik gitara) də Freyzerə qoşulmuş və beləliklə, Freyzer Fifildin triosu yaranmışdır. Sonradan bu qrupun tərkibi bir qədər dəyişmişdir: təbilçi və perkussiyaçı Stüard Riççi də onlara qoşulmuşdur. Fifild ifaçılıqla yanaşı, həm də bəstəkarlıq fəaliyyəti ilə məşğuldur.
Freyzer Fifild

Onun musiqisi BBC-nin "Natural World" və ITV’s "Champions League Weekly" proqramları vasitəsilə bütün dünyaya yayılır. Freyzer başçılıq etdiyi kollektivin repertuarının çox hissəsini özü yazır. Onun musiqisi əsasən şotland musiqi ənənələri bazasında yaransa da, bu janrın hüdudlarından kənara çıxan elementlər çoxdur.
Freyzerin bəzi kompozisiyaları şotland folklorunun işləmələridir. Şərqi Avropa musiqisi ilə çox maraqlanan Freyzer hətta kavala deyilən balkan fleytasında çalmağı da bacarır. Hazırda kavalanın səslənməsi ilə bağlı eksperimentlər keçirir, lakin hələlik o, öz konsetrlərində həmin alətdən istifadə etməmişdir. Son illərdə Fifild Şotlandiyanın Salsa Celtica, Wolfstone, Old Blind Dogs kimi adlı-sanlı kollektivləri ilə əməkdaşlıq edir. O, bütün dünyada məşhur olan New York Lincoln Centre, Ottawa Jazz Festival, Koustinen Folk Festival, Womad, Singapore Latin Festival kimi festivallarda çıxış edir.
Fifildin əsərləri siyahısında televiziya üçün işlərdən əlavə, saksofon kvarteti üçün "Traditions" pyeslər (bu pyeslər ilk dəfə 2001-ci ildə - Qlazqoda keçirilən "Celtic Connections" festivalında ifa edilmişdir) və "Beautiful North" - soprano-saksofon və iki skripka üçün yazılmış altı pyes də daxildir. Freyzer 40-dan çox albomun yazılmasında iştirak etmişdir.