TİMUÇİN ŞAHİN

Timuçin Şahin 1973-cü ildə İzmirdə (Türkiyə) anadan olmuşdur. O 16 yaşında ikən gitara çalmağa başlayan Timuçin 1992-ci ildə Niderlanda köçüb gedir. Xilver və Niderland konservatoriyalarında caz-gitara sinfində təhsilini davam etdirən gənc Timuçin ikinci səviyyəli sənətçi dərəcəsi, eləcə də Nyu-York konservatoriyasında və Nyu-Yorkdakı Manhetten musiqi məktəbində klassik kompozisiya üzrə bakalavr dərəcəsi almışdır. O, Amsterdam Konservatoriyasında Rafael Reynin rəhbərliyi ilə hind musiqi ənənələrinin nəzəriyyəsini öyrənmiş, müasir musiqidə qərb texnikaları kursu keçmişdir.

Timuçin Şahin

Bəstəkarlıq və ifaçılıq qabiliyyətlərini özündə üzvi şəkildə birləşdirən Şahinin maraq dairəsi musiqi istiqamətlərinin çox geniş spektrini əhatə edir. Cazdan başlamış müasir qərb musiqisinə, Afrika ənənələrindən başlamış Hindistan ənənələrinə qədər geniş maraq dairəsinə malik olan bu sənətçi çox böyük musiqi bazasından ilham alır. Amsterdam perkussiyaçılar qrupu, Corc Ayzek, Yeni Müasir Musiqi Ansamblı, bir sıra başqa tanınmış kamera kollektivləri və ifaçılar Timuçinin əsərlərini maraqla qarşılamış və həmin əsərləri ifa etmişlər. O, Robin Ebanks, Kay Ekhard, Hayn Vandergeyn, Ouen Hart, Armando Qola, Oubed Kelveyr və bir sıra başqa musiqiçilərlə birgə çıxış etmiş, onlarla bərabər disklər yazdırmışdır. Timuçin müxtəlif kollektivlərin tərkibində Avropada, ABŞ-da və Afrikada qastrol səfərlərində olmuşdur.

Timuçin Şahin

Şahin musiqi bəstələmək və ifaçılıq fəaliyyəti ilə yanaşı, həm də özünün bu yaxınlarda yaranmış “Rare Falcons”, Timuçin Şahinin triosu” və müasir kamera musiqisi ifa edən “Okkult Ansambl” kollektivlərinə rəhbərlik edir. Hazırda bir sıra maraqlı layihələrlə məşğul olan Timuçinin
Timuçin Şahin

müxtəlif institutlarda müəllimlik fəaliyyətini də qeyd etməyə dəyər. O, öz əsərlərinə və inkişaf etmiş harmonik və ritmik konsepsiyalara aid ustad dərsləri keçir.
Şahin daim eksperimentlər edir. Eksperimentlərə marağı onun solo çıxışlarında da təzahür edir. Bu çıxışlarda musiqiçi ladsız gitara, akustik gitara və elektrik gitarası ilə yanaşı, müxtəlif elektron musiqi alətlərindən də istifadə edir. Musiqiçi yaxın vaxtlarda böyük simfonik orkestr və elektron çalğı alətləri ilə disklər yazdırmağı planlaşdırır.

Timuçin Şahin

Timuçin bəstəkar və ifaçı kimi müxtəlif mükafatlara layiq görülmüşdür. 2001-ci ildə Hollandiyada keçirilən caz müsabiqəsində Timuçin Şahin özünün "On The Line" adlı müasir caz triosu ilə birlikdə birinci mükafata layiq görülmüşdür. Elə həmin ildə bu trio "The Unexpected" adlı ilk albomunu buraxmışdır.
Timuçin Şahin 2003-cü ildə Manhetten musiqi məktəbində kompozisiya və elektron musiqisini tədris etmək üçün Hollandiya Mədəniyyət Nazirliyindən qrant almışdır.