NATAN PEK

Basist Natan Pek 1977-ci ildə Styubenvillada (Ohayo ştatı), caz musiqiçiləri ailəsində anadan olmuşdur. Natan hələ 15 yaşında ikən öz ailəsinin üzvləri - anası (caz müğənnisi), atası (pianoçu) və qardaşı (təbilçi) ilə birlikdə peşəkar səviyyədə ifaçılıqla məşğul olmağa başlamışdır. Musiqi karyerasını pianoçu kimi başlayan Natan basist olmazdan əvvəl həm də klarnet, bariton saksofon və təbil çalmağı öyrənmişdi. Natan Pekin 16 yaşı olanda O, Milt Haynton məktəbinin kontrabasçalan tələbələri arasında keçirilən yarışın qalibi üçün təsis edilmiş mükafata və Milli İncəsənət Fondunun Fəxri Fərmanına layiq görülmüşdür. Natan Pek 1995-ci ilin may ayında ABŞ-ın Pensilvaniya ştatının Pitsburq şəhərində keçirilən Dyuk Ellinqton adına Beynəlxalq konfransa dəvət edilmişdi. 1999-cu ildə bu musiqiçi Meynard Fergüsonun "The Big Bop Noveau" qrupu ilə birlikdə turneyə çıxır. Həmin turnenin proqramında Tailand Kralı üçün çıxış da vardı. Bundan əlavə, Natan Pek Uinton Marsales, Pakita de Riveyra, Mariya Maldor, Klaudio Roditti, Xelio Elvis, Mark Merfi, Co Harris, Rocer Hamfris, Cimmi Ponder, Melton Mustafa, Ceyms Villiams, Aleks Skolnik, Denis Martin kimi adlı-sanlı musiqiçilərlə birlikdə çıxışlar etmişdir. Onun axırıncı kontraktı "Jazz Ambassadors"
Natan Pek

proqramı ilə Orta Asiya, Rusiya və Şərqi Avropaya 6 həftəlik səfər barədə idi. Bir musiqiçi kimi, Natan Pek həm müxtəlif heyətlərlə, həm də özünün kollektivləri ilə işləyir. Pek Nyu-Yorkdakı "Zinc Bar", "Smoke", "Knitting Factory", "Arthurs Tavern", "Tribecca Rock Club", "Detour" və bir sıra başqa məşhur klublarda ifaçılıq fəaliyyəti ilə məşğuldur. Sənətçi yaxın vaxtlarda Belçikaya, Fransaya və İngiltərəyə qastrol səfərlərinə çıxmağı planlaşdırır.