KRİSTOF BÜSSE

Kristof Büsse mətbuat tərəfindən "Alman modern cazında ən yaxşı pianoçulardan biri" hesab edilmişdir. O, Hollandiyadakı Xilver Musiqi Konservatoriyasını fərqlənmə diplomu ilə bitərəndən sonra 1995-ci ildən Qanter Hempelin "Next Generation" (hiphop jazz) qrupunda çıxış etmiş, 1998-ci ildə isə öz triosunu yaratmışdır. Büsse bu qrupla birlikdə caz musiqisinin müxtəlif stilistik imkanları ilə bağlı eksperimentlər keçirir, həm öz kompoziyalarını, həm də başqa musiqiçilərin aranjimanlanmış əsərlərini ifa edir. Kristof balladalara daha çox üstünlük verir. Balladalar onun konsertlərinin ən yaddaqalan və parlaq tərkib hissələridir. Musiqiçinin indiki proqramına Stinqin "The Police" və Donald Feygenin mahnılarının akustik işləmələri daxildir.
Kristof Büssenin triosunda çalışan basist Sebastian Hoffman və təbilçi Tomas Hempel
Kristof Büsse

bu gün Almaniya səhnəsində ən təcrübəli caz musiqiçilərindəndirlər. 1999-cu, 2001-ci və 2003-cü illərdə bu trio "Jazz-Podium of Lower Saxony Province" mükafatına layiq görülmüşdür. 2003-cü ildə bu musiqiçilərin "Last Miles" adlı ilk albomu çıxmışdır. Yaxın vaxtlarda Stinqin və Feygenin mahnılarının kaver-versiyalarından ibarət yeni bir albomun buraxılacağı gözlənilir.