KATYA SURİKOVA

Katya Surikova - fortepiano
Katya Surikova Sankt-Peterburqda anadan olmuşdur. O, Londonun iki ən yaxşı konservatoriyasında - "The Guildhall School of music" və "The Royal College of music" konservatoriyalarında təhsil almışdır. Pianoçu və bəstəkar Katya Surikovanın yaradıcılıqda əsas məqsədi klassik musiqi ilə caz janrını birləşdirməkdən ibarətdir.

Katya Surikova

Bi-Bi-Si radiosunun dünya xidməti üçün albomlar yazdırmış Katya Surikova Edinburqda keçirilən Caz Festivalında da çıxış etmişdir. Bundan əlavə, pianoçu multimedia layihələri üçün musiqi yazır. Məsələn, hazırda o, Londonda "Miss Russia" filminə saundtrek yazır.
Tez-tez bütün dünyadakı müxtəlif caz klublarının qonağı olan Katya bu cür tədbirlərdə özünün yaradıcılıq ideyalarını yerli musiqiçilərlə bölüşməyi xoşlayır.


Katya Surikova

İvan Bemford - zərb alətləri
İvan Bemford Vankuverdə anadan olmuşdur. O hələ uşaq yaşlarından atası ilə birlikdə caz musiqisinə qulaq asmağı xoşlayırdı. Atasının
Katya Surikova

fonotekasında Con Koltreyn, Deyv Holland, Kit Carret və Entoni Brekstonun albomarı toplanmışdı.
Caz sənətinin sirlərinə Vankuverdə yiyələnmiş Bemford orada yerli caz səhnəsində sayılıb-seçilən şəxslərdən birinə çevrilmişdir. 2001-ci ildə Monreala köçüb gedən bu musiqiçi müxtəlif janrlı, o cümlədən caz, Orta əsrlər musiqisi və pop stilinə aid çoxsaylı layihələrdə iştirak etmişdir. İvan Bemford əksər stillərdə özünü kifayət qədər inamlı hiss etdiyinə baxmayaraq, onun ən çox xoşladığı istiqamət fri-cazdır.

Remi-Jan le Blank - bas
Remi-Jan le Blank Kanadanın Atlantik okeanı sahillərində anadan olmuşdur. 1999-cu ildən peşəkar ifaçılıq fəaliyyəti ilə məşğuldur. Sənətçi Monreala köçüb gələnə qədər ölkənin qərb sahillərindəki müxtəlif qruplarla birlikdə, demək olar ki, bütün Kanadanı gəzib-dolaşmış, bir neçə dəfə Fransada olmuşdur.

Katya Surikova

Monrealda Remi-Jan öz yerini tapmışdır. Hazırda o, Kanadanın ən yaxşı musiqiçiləri ilə, o cümlədən Mişel Donato, Pyer Tanquey, Kris Makkenn, Qreq Amiralt və Ron Di Lauro ilə əməkdaşlıq edir.