ELİSON MİLLER

"Elison Millerin gözəl təbil çalması göstərir ki, caz meynstrimində yüksək istedadlara hələ yer var…"
                    Don Hekman, La Times.


Nyu-Yorklu təbilçi Elison Miller müxtəlif musiqi istiqamətlərində ifaçılıq fəaliyyəti göstərir. 20 il ərzində o, hərtərəfli inkişaf etmiş yetkin musiqiçiyə çevrilmişdir. Millerin təkrarsız və bənzərsiz ifa üslubu onun bütün musiqisində hiss olunur. Elisonun musiqi fəaliyyəti çox genişdir. O, hər dəfə - istər pop musiqisinin əfsanəsi sayılan Natali Merçantla birlikdə Avrasiyada Turnedə olarkən Lui Armstronqun musiqisini təmsil və təbliğ edəndə, istərsə də avanqard saksofonçu Marti Erlixlə birlikdə Avropada qastrol səfərlərində olanda ifaçılıq sənətinə təzə və unikal yaradıcı yanaşma nümayiş etdirir, yeni əsərlər qoşur, improvizə edir, unikal səslənməsi ilə fərqlənən dolğun kompozisiyalar yaradır.

Elison Miller

Elison Miller Texas ştatında, xeyirxah sakinləri ilə seçilən qədim Teksarkan şəhərində anadan olmuşdur. Elisonun uşaqlıq dövründə onların ailəsi Merilend təpəliklərində yerləşən kiçik bir fermada yaşayırdı. Onun yeniyetməlik illəri burada keçmişdir. Elison keçilərə qulluq edir,

Elison Miller

onları sağır, boş vaxtlarında isə "məzələnmək üçün" mahnı oxuyur və fortepiano çalırdı. Lap körpə vaxtlarından təbilçi olmağı arzulayan Elison ümid edirdi ki, bu işlə məşğul olmağa haçansa icazə verəcəklər! Elə bu ümidlə də o, fortepiano və vokal dərslərinə gedirdi. Elison bu arzusuna çatdı - 10 yaşı tamam olanda o, təbil
Elison Miller

çalmağa başladı. Elisonun müəllimi mahalda ən yaxşı pedaqoq sayılan Uolter Selb idi. 1991-ci ildə Miller "Downbeat" jurnalında "Up and coming" rubrikasına düşür.
Az sonra o artıq, Vaşinqtonun klublarında çıxış edir, musiqi təhsilini artıraraq Qərbi Virciniya Universitetində musiqi ifaçılığı üzrə bakalavr dərəcəsi alır. 1996-cı ildə Elison Nyu-Yorka köçür və təbilçilik karyerası ilə məşğul olur, eyni zamanda böyük Maykl Karvinlə əməkdaşlıq edir. Elə o vaxtdan etibarən, Elison özünü bütünlüklə musiqiyə həsr etmişdir.
Elison Natali Merçant, Fino Daniel, Kenni Berron, Nora Cons, Rey Drammond, Şilla Cordan, Marti Elrix, Corc Qarzon, Kitti Marqulis, Maykl Finşteyn, Toşi Riqon, Mayk Ştern, Reyçel Z., Kevin Maxoqani, İnqrid Çensen, Pol Bellenbek, Barbara Dennerleyn, Con MakNil, Virciniya Meyhyu, Brüs Bart, Mark Soskin, Harvi S. və "Betty" qrupu ilə birgə çıxış edir, disklər yazdırırdı. ABŞ hökumətinin dəvəti ilə Elison Avrasiyada, Mərkəzi Asiyada və Şərqi Afrikada "Cazz Ambassador" proqramında iştirak etmişdir.
Hazırda Elison yeni, çox maraqlı layihələrlə məşğuldur. Onun qrup rəhbəri rolunda debütü də uğurlu olmuşdur. Sənətçinin bu qrupla birlikdə yazdırdığı "5AM Stroll" adlı disk "Foxhaven Records" leyblində çıxmışdır. Bu albomun yazılmasında Elison Millerlə bərabər Rey Drammond (bas), Stiv Uilson (alt-saksofon və alt-fleyta), Virciniya Meyhyu (tenor-saksofon) və Brüs Bart da (fortepiano) iştirak etmişlər. Əsasən Elisonun öz kompozisiyalarından ibarət olan bu albom musiqi tənqidçiləri tərəfindən çox yüksək qiymətləndirilmişdir. "5AM Stroll" - müasir ruhlu, çox yaddaqalan melodiyalarla zəngin "svinqli" instrumental cazdır. Miller həm də "Agrazing Maze" adlı yeni layihədə iştirak edir. O, İnqrid Ceyson (truba), Enrike Xeniyen (piano) və Karlo de Roza ilə birlikdə "At the end of the day" adlı albom yazdırır. Həmin albom bu ilin mart ayında "Foxhaven Records" leyblində çıxacaqdır.
Bu layihələr üzərində işləməklə yanaşı, Marti Erlixin "New Trio"sunda, Natali Merçantın qrupunda, Con Marknilin kvintetində fəal iştirak edən Elison Kitti Marqulisin triosunu müşayiət etməyə də vaxt tapır.