Hadisələr, Xəbərlər və Elanlar

Məqaləni oxuyun

Məqaləni oxuyun
10.03.2019 İ.BUTMANIN KLUBU TƏQDİM EDİR: VAQİF MUSTAFAZADƏNİN XATİRƏ QECƏSİ

İqor Butmanın Jazz klubu artıq ikinci dəfə idi ki, əlamətdar hadisələrdən biri – Vaqif Mustafazadənin xatirə gecəsi üçün əsas səhnə olaraq seçilmişdi. V.Mustafazadənin bu il keçirilən anım gecəsində Azərbaycan müğənni və pianoçu Aysel Məmmədova və jazz pianoçusu, bəndlider İsfar Sarabski tərəfindən təmsil olunmuşdu. Jazz axşamı Moskva, Sankt-Peterburq, Bakı şəhərlərindən təşrif buyuran bir çox musiqiçiləri toplamışdı. “Pure Noise” layihəsi çərçivəsində MDU-nin Botanik bağında Aysel Məmmədovanın albomunun təqdimatı da baş tutmuşdu.

Məqaləni oxuyun
02.03.2019 “PREMIER Art Ltd” TƏQDİM EDİR: ARTURO SANDOVALIN BAKI KONSERTİ

Kuba-Amerika cazmeni Arturo Sandovalın Bakıya ilk gəlişi və konserti ölkəmizdə bir çox əlamətdar konsert və festivalları təşkil etmiş “Premier Art Management” prodüser agentliyinin səyi və təşkilçiliyi ilə, eləcə də ABŞ-nın Azərbaycandakı səfirliyinin dəstəyi altında gerçəkləşdi. Martın 2-də H.Əliyev adına Respublika sarayının səhnəsində Arturo Sandovalın kombosu Bakıda öz ilk konsertini verdi. Cazmenin bu dəfəki əməkdaşları zərbçi Conni Fraydi, perkussiyaçı Tiki Pasilyas, basist Con Belzeqay, pianoçu Maks Geymer və saksofonçu Mayk Taker idi.

Məqaləni oxuyun
VAQİF MUSTAFAZADƏNİN ANIM GECƏSİ

2018-ci ilin jazz hadisələri görkəmli azərbaycan cazmeni Vaqif Mustafazadənin anım gecəsi – sənətkarın adını daşıyan Ev-Muzeyinin direktoru və Xeyriyyə Fondunun sədri Afaq Əliyevanın təşkilçiliyi altında keçirilən konsertlə tamamlandı.

Məqaləni oxuyun
ŞAHİN NÖVRƏSLİ YERUSƏLİM JAZZ FESTİVALINDA

12-14 dekabr 2018-ci il İsrail paytaxtında Yerusəlim Jazz Festivalı keçirilmişdir. Festivalın qonaqları sırasında bir çox tanınmış jazz ifaçıları – şeypurçu Avişay Koen...

Baku Summer Jazz Days – 2019

10-15 iyun paytaxtımızda məşhur müasir jazz ulduzlarının iştirakı ilə Baku Summer Jazz Days Festivalının artıq III keçirilişi baş tutacaqdır. Festival çərçivəsində Erik Truffaz (İsveçrə), Adam Ben Ezra (İsrail), IRIAO (Gürcüstan), Tom Ibarra (Fransa), Oleg Lundstrem Orchestra (Rusiya) çıxış edəcək. Baku Summer Jazz Days – nadir çoxcəhətli layihə olub, “Premier Art Ltd Management” prodüser agentliyinin təşəbbüsü və təşkilçiliyi ilə və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
bar close